Ç, 25.04.2018,
Bizi Nece Tapmısınız Qonaq | RSS
[ Yeni Mesaj · İstifadəçilər · Forum Qaydaları · Online · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » UnitedAz FoRum » Islam » Allahım, Səni çox sevirəm (Allahım, Səni çox sevirəm)
Allahım, Səni çox sevirəm
ilkin66Tarix: Ş, 01.05.2010, 18:09 | Məlumat # 1
ADMIN
Qruplar: Admin
Poçtlar: 2
Reputasiya: 0
Status: Sönülü

Dedim: Çox tənhayam.

Dedin: Mən ki sənə çox yaxınam. (Bəqərə,186)

Dedim: Bəli bilirəm Sən mənə yaxınsan, amma mən Səndən uzağam, kaş ki mən də Sənə yaxın ola bilsə idim.

Dedin: Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et. (Əraf, 205)

Dedim: Bu da Sənin köməyini istəyər.

Dedin: Allahın sizi bağışlamasını istəməzsinizmi? (Nur, 22)

Dedim: Əlbəttə ki, məni bağışlamağını çox istəyirəm.

Dedin: ِ(Elə isə) Rəbbinizdən bağışlanmağınızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir! (Hud, 90)

Dedim: Çox günahkaram, bu qədər günahla mən nə edim?

Dedin: Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar. Və Allah tövbələri qəbul edəndir, rəhmlidir?! (Tövbə, 104)

Dedim: Dəfələrlə tövbə edib tövbəmi pozdum, artıq üzüm qalmadı.

Dedin: Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (Allahdandır)! Ondan başqa heç bir tanrı yoxdur. (Ğafir, 3)

Dedim: Bu qədər günahım var, hansının tövbəsini edim?!

Dedin: Allah bütün günahları bağışlayandır. (Zumər, 53)

Dedim: Yəni yenə gəlsəm, yenə məni bağışlayarsanmı?

Dedin: Axı günahları Allahdan başqa kim bağışlaya bilər? (Ali-İmran, 135)

Dedim: Nə qədər gözəlsən, Allahım! Bilmirəm bu sözlərin qarşısında nə üçün içim-içimə sığmır və şam kimi yanmağa başlayıram, Səni çox sevirəm.

Dedin: Şübhəsiz ki, Allah tövbə edənləri və təmizlənənləri sevir.

Birdən: "İlahım və Rəbbim, mənim Səndən başqa kimim var”, -dedim.

Sən də: "Allah Öz bəndəsinə kifayət deyilmi?” (Zumər, 36) dedin.

Dedim: Sən ki məni bu qədər çox sevirsən və mənə qarşı bu qədər həlimsən mən nə edə bilərəm?

Dedin: Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin! (Sübh, günorta, ikindi, axşam və gecə namazlarını qılın!). Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. (Və ya: mələkləri də Ondan sizin bağışlanmağınızı dilərlər!). Allah möminlərə rəhm edəndir! (Əhzab, 41-43)

 
ilkin66Tarix: Ca, 27.05.2010, 14:03 | Məlumat # 2
ADMIN
Qruplar: Admin
Poçtlar: 2
Reputasiya: 0
Status: Sönülü
Xais Edirem Saytda Aktiv Olun Aktiv Olan Her Istifadeciye Status Verilecek
 
Forum » UnitedAz FoRum » Islam » Allahım, Səni çox sevirəm (Allahım, Səni çox sevirəm)
  • Страница 1 из 1
  • 1
Поиск:


By Ilkin Aliyev© 2018