B, 19.08.2018,
Bizi Nece Tapmısınız Qonaq | RSS
[ Yeni Mesaj · İstifadəçilər · Forum Qaydaları · Online · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » UnitedAz FoRum » Azərbaycan » Vətən Nədir? (Qara torpaq...)
Vətən Nədir?
Dark_LoVeTarix: Ç, 01.09.2010, 11:07 | Məlumat # 1
Şəxsi
Qruplar: Admin
Poçtlar: 6
Reputasiya: 0
Status: Sönülü

Insan nədir?
Yaşıl yarpaq...
Axırı nədir?
Qara torpaq...

Ox,nə gözəl ətri var bu torpağın... Ürək dolusu ciyərlərimə çəkirəm onun ətrini.Doymaq,doymaq istəyirəm bu ətrindən inanın doya bilmirəm. Yediyim çörəyin ətri var, içdiyim ana südünün ləzzətini duyuram onda. Əsəbləşəndə də,hövsələm daralıb tükdən asılı qalanda da,istədiyimi istədiyim yerdə tapanda da onu qucmaq istəyirəm... Soykökümün qanı,canı birləşib onda..
Allahım nə sirdir? Nə sehirkar olub bu torpaq? Yəqin deyəcəksiniz hamının əzəli,yaradıcısı torpaqdır...
Bağışlayın, torpaq həm anadır, həm də son bir neçə ildə “cəllad” olub... Özü də “qansız cəllad”
Məgər 20 yanvar,Xocalı,Şuşa,Laçın,Ağdərə,Zəngilan,Ağdam faciələrini,digər müharibə səhnələri nə üçün oldu? Məgər onu torpaq törətmədimi? Torpaq yaratdığını niyə aldı? Nə kasıba,nə körpəyə,nə cavana, nədə ki göz yaşına baxdı.. Öldürəni öldürdü,öldürməyəni erməni caynağına qurban verdi. Özüdə dəhşətli şəkildə. Ürək yanğısı ilə xatırladığımız o cavanları,qibtə etdiyimiz torpaq aparmadımı? O igidlər məhz torpaq qoxusunu qoxlaya-qoxlaya erməni gülləsinə tuş gəlmədimi? Anan ölsün,ay ana,sən necə dözürsən buna? Ana,sən balana qıymırsansa bəs ana dediyimiz torpaq niyə qıydı balalarına?! Sənin böyütdüyünü niyə alır…?
Qayıt,torpaq! Öz ətrinin müqəddəsliyinə qayıt! Bir daha səni ikinci ana sayan öz yetirdiklərinə bivəfa çıxma! Bəlkə erməni tapdağı altında qaldığın üçün edirsən bunu elə isə…MƏNİ BAĞIŞLA!!!



Məlumat redaktə etdi Dark_LoVe - Ç, 01.09.2010, 11:23
 
Forum » UnitedAz FoRum » Azərbaycan » Vətən Nədir? (Qara torpaq...)
  • Страница 1 из 1
  • 1
Поиск:


By Ilkin Aliyev© 2018