Ca, 28.03.2024,
Bizi Nece Tapmısınız Qonaq | RSS
[ Yeni Mesaj · İstifadəçilər · Forum Qaydaları · Online · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » UnitedAz FoRum » Azərbaycan » Çingizin təxəyyül yoldaşı (“Ağılsız igid həmişə hiyləgər qorxağa məğlub olur”!)
Çingizin təxəyyül yoldaşı
Dark_LoVeTarix: Ç, 01.09.2010, 11:31 | Məlumat # 1
Şəxsi
Qruplar: Admin
Poçtlar: 6
Reputasiya: 0
Status: Sönülü
“Ağılsız igid həmişə hiyləgər qorxağa məğlub olur”! bu aforizmi dəniz qırağına gələnə qədər bir divarda oxumuşdum.Fikri danğınıq birisiyəm,amma nədənsə bu söz mismar kimi beynimə həkk olunmuşdu.Gəldim, həmişə oturduğum yerə əyləşdim..Çox yorğun idim..
-Basabasla düşərgənin qapısı ağzına toplaşıb bizimkilərin yük maşınını gözləyirdik.Deyirdilər ki,bizi Bakıya aparacaqlar.Bakı?Axı niyə Bakı?Kimsə dedi ki,Ağdama heç kəsi buraxmırlar,çünki basdırılmamış meyidlərdən epidemiya yayılıb.Bir başqası da deyirdi ki,Ağdamın xarabalıqlarını təmizləmək üçün bizə otuz,qırx il vaxt lazım olacaq,”bizə heç əl arabalarını da verməyəcəklər,toz-torpağı zənbillə daşıyacayıq”.Xoşbəxtliyimdən yanımda nə çadırda qaldığım,nə də qatarda bir yerdə gəldiyim adam yox idi.Tanımadığım ağızlardan eşitdiyim bu gəvəzəliklər tanıdığım ağızlardan eşitdiklərim qədər iyrənc deyildi.Qabağımda dayananlardan biri dedi:
-Ancaq rusun verdiyi çörəyi aldı...
Bir başqası da dilləndi:
-İndi belələri üzdə olacaq!
Kimsə arxadan məni dümsüklədi:
-Yüz qram çörəyə bir siqaret...Hə,necədir?
Qulağıma sanki ticax vurdum və yuxuya getdim,artıq maşın dayananda silkələnib oyandım.
Düşdük,Füzulidə idik.Nəsə ürəyimin bir parçasını orda qoymuşdum,geri qayitmaq istəyirdim,Çoxdan istədiyim qəhrəmanlığı göstərmək üçün əla şans idi.Bilirdim qəhrəmanlıq yeganə insani hərəkətdir ki,onu məşq etmək mümkün deyil.Amma gələndə eşitdiklərim sanki qol-qanadımı sındırmışdı.Bilirdim,anam-atam,bacım hər kəs sağdı və Bakıda məni gözləyirlər,amma mən bilə-bilə özümü cəncələ saldım.İstəyirdim nəsə edim,amma cəsarətim çatmadı.Yumruğumu sıxıb dayandım 6-7 dəqiqə... amma sonradan sonuncu yük maşının arxasına qaça-qaça çatıb mindim.Artıq hər şey düzəlmişdi,daha mənim yanımda qan qoxusu yox idi..Amma keçmiş məni buraxmırdı...Onların qalibiyyət xatirələri,bizim isə intiqamımız..Artıq hər şey yolunu düşmüşdü,amma mən hələdə yumruğu sıxdığım yerdə qala qalmışdım.Əslində özümü ikiqat məğlub hesab edirdim,çünki revanşa cəhd etməmişdim..
Bu yaxınlarda isə Çingiz Mustafayevin ölüm xəbəri ilə hamı sarsılmışdı,sözsüz ki hamını dırnaq içində yazacaqdım,amma mən istədim...mən istədim doğurdan da hamı üzülsün...Onun xəbərini eşidəndə keçmişimə qayıtmağa məcbur oldum.Sanki sonuncu yük maşının arxasında mən ilə Çingiz dayanmışdıq,o əlində kamera mən isə bir yumruq ilə getmək istəyirdim.Bir gedəcəkdik,sonuna qədər..Sanki planımız da bu idi...Qorxmadan,göz bəbəkləri titrəmədən mənə tərəf baxdı.Amma həmin gün cəsarətim məni yanıltdı,Çingizi orda tək qoyub getmişdim.Heç olmasa öpmədimdə bu torpağı..Bəlkədə öpsəydim qəbul etməzdi.Çünki torpağ onu qoruya bilmədiyim üçün çox “incimişdi”.
Bir sözlə qəhrəman ola bilməmişdim.Uşaq tək hələdə ona qəhrəmanlıq deyirəm ,gülməlidi.....Sanki çayı hoppanmışam və 50-100 erməni itini öldürmüşəm.
Bacarmadığım bir işi bir dostum görmüşdü.Çingizi illər sonrada unutmayacam.Televizor önündə bir neçə fraqmentə baxdım və bir daha qibtə edərək adını sayıqladım...yatdım.
Deyirlər bir insanın üç üzü olur : üzdə olduğu,sahib olduğu,sahib olmaq istədiyi..Mən əminliklə bu insanlığın hər üç üzünü Çingizə aid edirəm.Çünki o qəhrəmanlıq barədə düşünərək getmiyib ora.. Ruhu şad olsun!!!
Mavi səma,qar dənələri kimi ağ qırçınları olan ləpəli,gömgöy dəniz,qara qayıq,qırağda bir neçə balıqçı..Bütün mənzərəni obyektə alır və çəkir..”Çık”..Bir dəfə də “çık”..Bu qıcıqlandırıcı və xoşagəlməz səs bayaqdan mürgü vuran müəllifi oyadır.O yuxulu-yuxulu özünü düzəldir,əlini siqaret qutusuna atır (yaxşı ki yuxu idi..)deyərək oranı tərk edir...


Məlumat redaktə etdi Dark_LoVe - Ç, 01.09.2010, 11:32
 
Forum » UnitedAz FoRum » Azərbaycan » Çingizin təxəyyül yoldaşı (“Ağılsız igid həmişə hiyləgər qorxağa məğlub olur”!)
  • Страница 1 из 1
  • 1
Поиск:


By Ilkin Aliyev© 2024