C, 19.04.2024,
Bizi Nece Tapmısınız Qonaq | RSS
.......ANA....
........YURDUM...........
.......AZƏRBAYCAN.......

Bölmələr
Xəbərlər
Islam
Proqramlar
Mobil dünya
Oyunlar
Tema
Web Usta
Torrent
Dini
Azəri
RaP
Türk
Xarici
Sevgi
Maraqlı
Tanınmışlar
Lətifələr
Şəkillər
Video
İdman
Texnologiya
Sayt Xəbərləri

Zaycev.Fm

Reklam

Dost Saytlar
  • Farmakoloq.Tk
  • Islamqadini
  • Baykot İsrail
  • Dini Saytımız

  • UnitedAz Yükləmələri



    Oyun

    height=
    Əsas Səhifə » Fayl » Islam

    Həzrəti Xədicə (ə)
    31.08.2012, 11:04


    Həzrəti  Xədicə (ə)

     

    Böyük İslam qadını, Allah Rəsulunun dəyərli zövcəsi Həzrəti Xədicə (ə) hicrətdən 68 il əvvəl əsil-nəcabətli bir ailədə dünyaya göz açdı. Atası Xuveylid Qureyşin böyüklərindən və sərvət sahibi olanlardan idi. Anası Fatimə isə Məkkənin tanınmış və iffətli xanımlarından sayılırdı.

    Jahiliyyət zamanı olmasına baxmayaraq belə dəyərli ailədə böyüyən Həzrəti Xədisə (ə) şərəf, heysiyyət , iffət və paklıq dolu bir həyat yaşadığı üçün cəmiyyət içərisində Tahirə adı ilə məşhurlaşmışdı.Halbuki nəfsani həvəslərini və şeytani arzularını həyata keçirmək üçün hər cür maddi imkana sahib idi.

    Xədicə (ə) müsəlmanlığı qəbul etməzdən əvvəl də insanın dəyər və üstünlüyünü dünya malı, dünya məqamı, soy-kökü ilə deyil, sahib olduğu gözəl sifətlərlə, insani və əxlaqi dəyərlərlə ölçürdü. O, Əbu Süfyan, Əbu Jəhl, Üqbə bin əbu Muəyt kimi Məkkənin ən zəngin, adlı-sanlı şəxsiyyətlərinin evlənmə təklifini rədd etmiş, fəzilət, insanlıq, doğruluq, sədaqət və başqa əlamətlərə malik olan bir kəs axtarmış və Allah Rəsulunu tanıyanadək başqa bir kəslə evlənməyə razı olmamışdı.Lakin Rəsuli Əkrəmi tanıdıqdan sonra onun kasıblığına və yetimliüinə baxmayaraq şəxsən özü ona evlənmək təklifi etmişdi. Həzrəti Xədicənin başqa xususiyyəti isə olduqca ağıllı və bəsirət  sahibi olmaqı idi. Atasını cahiliyyət zamanında baş vermiş Ficar muharibəsində itirdikdən sonra atasından qalan sərvəti böyük bir uzaqgörənlik və bəsirət ilə ticarətə sərf etimiş, gündən-günə sərvətini artırmış və Məkkənin ən zəngin kəsləri sırasına daxil olmuşdu.

    Tarix Həzrəti Xədicənin sərvəti haqqında belə məlumat verir: «Onun ticarət mallarını 80 min dəvə daşıyırdı. 400 xidmətçi onun ticarət və sair işlərini idarə edirdi». Bu sərvətə malik olan Həzrəti Xədicə (ə) kasıblara kömək etməyi də nəzərdən qaçırmırdı və bu adətini Rəsulallahla evləndikdən sonra da davam etdirdi.

    Bəli , kiçik miqdar malını itirməklə dünyaları yıxılan və ya başqalarına bir şey verməyə əli gəlməyən bir çox insanın tam əksinə Həzrəti Xədicə bütün sərvətini Rəsulallahın ayaqlarına sərmiş və onun uca hədəfi uğrunda təkcə sərvətini yox, canını da həsr eləmiş və bütün çətinliklərə sevərək qatlanmışdı.

    Burada Həzrəti Xədicənin  Muhəmməd (s) ilə evlənmək hadisəsinə keçməzdən əvvəl xatırlatmaq lazımdır ki, bir çox tədqiqatçı alim və tarixçilərin yazdığı və müxtəlif dəlillərlə isbatlamağa çalışdığı kimi Həzrəti Xədicə Muhəmməd (s) dan əvvəl heç kəslə evlənməmişdi. Bəli, Həzrəti Xədicə uzun illər gözləmiş və Qureyş qəbilələri başçılarının evlənmək təklifini qəbul etməyərək Həzrəti Muhəmməd (s) kimi mənəvi dəyərlərlə zəngin olan birini axtarmış və onunla qarşılaşdıqda şəxsən özü evlənmək təklifi etmişdi. Digər tərəfdən Alan Rəsulu da özündən yaşlı olmasına baxmayaraq Həzrəti Xədicədə gördüyü fəzilət , iffət və insani dəyərlər səbəbinə onun evlilik təklifinə sevə-sevə müsbət cavab vermiş, onunla evlənmişdi.

    Bəzi qərb yazıçıları İslama və Rəsulallaha qarşı olan düşmənlikləri səbəbi ilə Allah Rəsulunun (s) həzrəti Xədicə ilə onun var-dövlətini ələ keçirmək üçün evləndiyi fikrini ortaya atıblar. Halbuki Peyğəmbər (s) ın həyatından az da olsa xəbərdar olanlar bilirlər ki, Muhəmməd (s)  dünya malına əsla dəyər verməzdi. Digər tərəfdən evlənmə təklifini şəxsən Həzrəti Xədicə etmişdi. Rəsuli Əkrəm evləndikdən sonra da Həzrəti Xədicəyə göstərdiyi hörmət və məhəbbət Allah Rəsulunun o xanımla var-dövləti üçün deyil , fəzilət və insani dəyərlər səbəbi ilə evləndiyinin sübutudur. Bunun daha bariz sübutu isə bu rəftarın, hörmət və məhəbbətin Həzrəti Xədicənin ölümündən sonra da davam etdiyi faktıdır. Belə ki, hətta bəzi başqa xanımları bu vəziyyətdən narahat olduqda Rəsulallahın kəskin etirazı ilə qarşılaşmışdılar.

    Həzrəti Xədicə ilə Rəsuli Əkrəmin evlənmək hadisəsinə qayıdaq. Qeyd etdiyimiz kimi, bu iki böyük şəxsiyyəti bir-birinə yaxınlaşdıran və həyatlarını birləşdirmələrinə vəsilə olan səbəb əsla maddi deyildi, bütünlüklə mənəvi və ilahi amillərdən qaynaqlanırdı. İddiamızı sübut etmək üçün bir neçə tarixi dəlil gətiirməklə kifayətlənəcəyik.

    1.          Həzrəti Xədicənin köləsi olan və Həzrəti Muhəmməd (s) ilə ticarət səfərinə çıxan Məysərə yol əsnasında Qureyş Əmini – Muhəmməd (s) gördüyü kəramətləri və onun haqqında  Şam rahiblərindən  eşitdiyi  sozləri Xədicəyə söyləyərkən Xədicə belə qarşılıq vermişdi: « Artıq bəsdir Məysərə! Muhəmmədə qarşı olan marağımı iki qat artırdın. Həyat yoldaşını da apar və get . Səni azad edirəm. Bundan əlavə sənə 100 dirhəm , iki at və bir qiymətli libas bağışlayıram». Sonra Xədicə Məysərədən eşitdiklərini ərəb bilicisi Vərəqə bin Növfələ danışır. Vərəqə bunları eşitdikdə «Bu kəramətlərin sanibi ərəblərin içindən çıxacaq olan peyğəmbərdir» demişdi.

    2.      Bir gün Xədicə (ə) evində oturmuş, cariyə və kölələri ətrafına yığılmışdı. O  məclisdə bir yəhudi alimi də iştirak edirdi. Yəhudi aliminin gözü həmin vaxt  Xədicənin evinin yaxınlığından keçən gəncə – Muhəmmədə sataşır.Yəhudi Məhəmmədi məclisə dəvət edir və o da dəvəti qəbul edir. Həzrəti Xədicə yəhudiyə deyir: «Əgər onun əmiləri sənin bu təftişindən xəbərdar olsalar, şübhələnər və mənfi munasibət bəsləyərlər. Çünki onlar qardaşları oğlu (Muhəmməd) barəsində yəhudilərdən qorxullar». Yəhudi alim bu sözləri eşitdikdə dedi: «Sən nə danışırsan ?  Muhəmmədə kim zərər verə bilər ?  Allah onu nübuvvətin xətmi və xalqın hidayəti üçün seçib». Xədicə soruşdu: « Onun belə bir məqama çatacağının dəlili nədir ?» Yəhudi cavab verdi: «Mən axır-zaman peyğəmbərinin əlamətlərini  Tövratda oxumuşam. Onun əlamətlərindən bəziləri belədir: Onun atası və anası vəfat edər, babası və əmisi onu himayəsi altına alar. O Qureyşdən bir qadınla evlənər». Sonra üzünü Xədicəyə tutaraq dedi: «Nə xoşbəxtdir onun həyat yoldaşı olmaq iftixarını əldə edən qadın».      

    3.Ərəb bilicilərindən olan Vərəqənin(Xədicənin əmisi) Tövrat və İncil haqqında elmi çox idi. O, dəfələrlə demişdi:  Qüreyşdən bir insan Allah tərəfindən insanları hidayət etmək üçün vəzifələndiriləcək və Qüreyşin zəngin qadınlarından biri ilə evlənəcək. Xədicə Qureyşin zəngin qadınlarından olduğu üçün vərəqə vaxtaşırı ona belə deyirdi: «Gün gələr ki, yer üzünü ən üstün, ən şərəfli insanı ilə evlənərsən.

    4. Bir gecə Xədicə belə bir yuxu gördü: Günəş Məkkə üzərində dövrə vuraraq yavaş-yavaş aşağı enərək onu evinə girdi. Yuxusunu Vərəqəyə danışdı. Vərəqə də onun yuxusunu belə yozdu: «Şöhrəti aləmi tutan böyuk bir kəs ilə evlənəcəksən.»

    Bütün bunlar və Allah Rəsulunun fövqəladi şəxsiyyəti, mənəvi fəzilətləri, Həzrəti Xədicənin uzun illər boyu arzuladığı və o yaşa qədər gözlədiyi yeganə insanı ona tanıtdırmışdı. Həzrəti Xədicə Həzrəti Muhəmməd (s) ilə evlənmək qərarına gələrək bir vasitə ilə bu arzusunu ona bildirdi. Rəsuli-Əkrəm də, onda olan dəyərləri, onun fəzilət, iffətini bildiyi üçün bu işə müsbət cavab verdi.

    Ailə qurmaq məsələsi ortaya çıxdıqda Rəsuli-Əkrəm əmisi Əbu-Talib ilə məsləhətləşir, sonra isə Qureyş böyüklərinin də iştirak etdiyi məclis təşkil edir. Məclisi Əbu-Talib Allaha həmd və səna etmək ilə başladı, sonra qardaşı oğlunu təqdim elədi. Sonra Xədicənin qohumlarından olan Vərəqə bin Novfəl bir xütbə oxuyaraq Həzrəti Muhəmmədin və onun gövmünün üstünlük və fəzilətini etiraf edib bu evliliyə razı olduqlarını elan etdi. Nigah əqdi oxundu, mehriyyə olaraq 400 dinar ( başqa rəvayətlərə görə 20 dəvə) təyin edildi. Beləcə izzət, fəzilət və səadət dolu bir həyatın təməli atılmış oldu.

    Bu mübərək evlilik təqribən 15 il davam etdi. Və Həzrəti Xədicə 65 yaşında ikən şərəf, izzət və iftixar dolu bir həyatı arxada qoyaraq gözlərini bu dünyaya bağladı. Rəsuli-Əkrəm (s) Həzrəti Xədicə həyatda olduğu müddətdə başqa biri ilə evlənməmiş, ona olan sonsuz hörmət və məhəbbətini beləcə ortaya qoymuşdu.

    Həzrəti Xədicə  Rəsuli-Əkrəm Peyğəmbərliyə seçildikdə ilk olaraq iman gətirənlərdən olmuş və beləcə ilk müsəlman qadın olmaq iftixarını əldə etmişdi. O uca qadın Allah Rəsuluna iman etdikdən sonra daim Peyğəmbərin yanında olmuş və böyük vəzifəsində var gücü ilə ona kömək etməyə çalışmışdır. Bu yolda bütün qınamalara, əziyyətlərə, işkəncələrə dözmüş və uzun müddət Məkkədə  Həzrəti Əli ilə birlikdə Rəsuləllahın yanında dayanaraq onunla birlikdə müşriklərin gözü qarşısında Məscidil Həramda namaza durmuş və bütün küfr və şirk cəbhəsinə qarşı sinə gərmişdilər.

    Həzrəti Xədicənin başqa bir xususiyyəti Allah Rəsulunun mübarək nəslinin ondan davam etməsidir. Çünki Mariyə xaric – onun oğlu İbrahim kiçik  yaşda vəfat etmişdi – digər xanımlarının heç birinin uşağı olmamışdı.

    Bəli Həzrəti Xədicə Fatimə kimi bir övladı dünyaya gətirmə səadətinə nail olmuş və beləcə Rəsuləllahın mübarək nəsli ondan davam etmiş, ən əhəmiyyətlisi isə on bir məsum imamın nənqəsi olmaq şərəfini qazanmışdır. Həzrəti Xədicənin oğlan övladları isə kiçik yaşda dünyadan köçmüşdülər. Həzrəti Xədicənin övladları olduğu söylənilən Zeynəb, Ümmü Gülsüm və Rüqəyya adlı qızlar haqqında isə ixtilaf vardır. Bəziləri onlarında Həzrəti Xədicə və Peyğəmbərin övladları olduğunu söyləmiş, bəziləri isə Həzrəti Xədicənin əvvəldən başqaları ilə evlədiyini  söylədikləri üçün onların Həzrəti Xədicənin əvvəlki yoldaşlarından olduqlarını və beləcə Muhəmmədin ögey övladları olduğunu söyləyiblər. Ancaq Həzrəti Xədicə əvvəldən evlənmədiyi üçün ( bunu isbat edəcək) bu fikir yanlışdır.

     

    İsbat edəcəyimiz kimi bu qızlar Həzrəti Xədicənin bacısı Halənin qızlarıdır. Halə yoldaşının vəfatından sonra  onlarla birlikdə Həzrəti Xədicənin himayəsi altına girmişdi. Halə də vəfat  etdikdə Həzrəti Xədicənin himayəsi altında olan qızlar Xədicə Həzrəti Rəsulləllahla evləndikdən sonra Rəsuləllahın himayəsi altına girmişdilər.

    Burada Həzrəti Xədicənin fəzilətlərini daha yaxşı anlaşılması üçün Rəsuləllahın bəzi hədislərini nəql etmək istəyirik.

    Bir hədisdə  Rəsuli Əkrəm belə buyurmuşdur. Xədicə sənnətin fəzilətli qadınlarındandır.

    Həzrəti Əli (ə) belə deyir :«Rəsulullah (s) bir gün xanımlarının yanında Xədicədən danışaraq ağladı. Bunu qısqanan  Aişə «Bəni Əsədin bu qırmızı, yaşlı qadının nəyinə ağlayırsan. Allah sənə daha gənc birini nəsib etməyibmi?» deyə etiraz etdi. Allah Rəsulu çox narahat oldu,və belə buyurdu: «Xeyir Allaha and olsun ki, Xədicədən xeyirlisini mənə nəsib etməyib. O qorxu və böhran dolu bir zamanda mənə iman gətirdi və İslam yolunda hər cür fədakarlıüqdan və yardımdan çəkinmədi.» 

    Rəsuləllah belə buyurmuşdur: «Allaha and olsun ki, Allah mənə Xədicədən daha yaxşısını nəsib etməyib. Hər kəs məni inkar etdiyi vaxt o mənə iman etdi. Hamı məni təkzib etdiyi zaman o məni təsdiq etdi. İnsanlar məni mallarından məhrum buraxdıqları vaxt o sərvəti ilə mənim köməyimə tələsdi. Allah ondan mənə övlad nəsib etdi (başqalarından yox)»

    Bəli Allah Rəsulu Həzrəti Xədicənin vəfatından sonra heç bir zaman unutmadı. Hətta Xədicənin dostlarına da fövqəladə dərəcədə hörmət göstərir, onlara hədiyyələr göndərir və yaxşılıq edirdi.

    Xədicəyə fəzilət və üstünlük olaraq təkcə bu kifayət edər ki, Allah-təala Jəbrail vasitəsi ilə ona salam göndərirdi.

    Bəli Allah Rəsulunun gözündə uca bir məqam və dəyər sahibi olan və onun ən böyük köməkçilərindən sayılan bir kəsin ayrılığı və vəfatı da təbiidir ki, onun dərindən yaralanmasına və üzülməsminə səbəb olacaq. Elə də olmuş vaəə Rəsuləllah (s) Həzrəti Xədicə ilə birlikdə digər böyük himayəçisi Əbu Talibi də eyni ildə itirdiyi üçün o il Hüzn ili adlandırılmışdır.

    Artıq iki böyük himayəçi axirət yurduna köçmüş amma hər biri yerinə başqa bir himayəçi qoymuşdur. Əbu Talib oğlu Əlini və Xədicə qızı Fatiməni. Artıq bu vəzifə onların çiyinlərinə düşürdü.

    Allah Rəsulu xəstələnib ölüm döşəyinə düşən Həzrəti Xədicənin başı üzərinə gəlib onu belə mücdələmişdi: «Ey Xədicə, sevin ki, Allah səni İmran qızı Məryəmlə və Fironun zövcəsi Asiyə ilə bərabər edib.»

    Allahın səlamı , rəhməti və bərəkəti o uca İslam qadınına olsun və bizi onun və qızı Fatimənin, yoldaşının və övladlarının yolundan ayırmasın. Qiyamət günü şəfaətinə nail eləsin.

    Bəli Həzərəti Xədicə həyatının bütün yönləri ilə, iffəti, həyası, təqva və təmizliyi, ibadət  və itaəti, fədakərlıq və dünyaya meylsizliyi, yoldaşına olan itaət və təslimiyyəti və Allah yolunda ona yardımı il əvə nəhayət yetişdirdiyi övladları ilə bizlər üçün böyük örnəkdir.

    Həzrəti Xədicənin fəzilətlərini daha yaxşı anlamaq və həmdə onu ziyarət etmək məqsədi ilə nəql edilən bu ziyarətnamənin tərcüməsini sizə təqdim edirik.

    «Salam olsun sənə ey möminlərin anası.

      Salam olsun sənə ey Rəsulların əfəndisinin zövcəsi.

      Salam olsun sənə ey dünya qadınlarının sərvəri olan Fatimeyi Zəhranın anası.

      Salam olsun sənə ey ilk iman edən qadın.

      Salam olsun sənə ey malını, sərvətini Seyyidul-Ənbiyanın yardımında sərf edən, ona əlindən gələn yardımı əsirgəməyən və düşmənlər qarşısında onu müdafiə edən.

      Ey Jəbrailin salam verdiyi və uca Allahdan salam gətirdiyi xatun.

      Allahın verdiyi fəzl və ehsan səbəbi ilə xoş sənin halına.

      Allahın salamı rəhməti və bərəkəti sənin üzərinə olsun! 

                                                                         Həzrəti Xədicə (ə)

    Bölmə: Islam | Yükləyib: ilkin66
    Baxış Sayı: 5258 | Yüklənib: 0 | Şərh Sayı: 3 | Reytinq: 0.0/0
    Bütün şərhlər: 0
    Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilərlər
    [ Qeydiyyat | Giriş ]
    Sayta Giris

    Axtarış

    İstifadəçi Paneli


    Qarabağı Unutma!!

    Ana Yurdum
    Azərbaycanım

    Xocavənd - 08.02.1992
    Xocalı - 26.02.1992
    Şuşa - 09.05.1992
    Laçın - 17.05.1992
    Kəlbəcər - 06.04.1993
    Ağdərə - 17.06.1993
    Ağdam - 23.07.1993
    Cebrayıl - 18.08.1993
    Füzuli - 23.08.1993
    Qubadlı - 31.08.1993
    Zəngilan - 25.10.1993

    Teqlər

    Bizim Sorğu
    Saytımızda Ən Çox Nəyə Üstünlük Verirsiniz
    Bütün Səslər : 88

    Sayğaclar


    Ümumi onlayn: 1
    Qonaq: 1
    Istifadəçilər: 0







    iNet Rating - рейтинг интернет ресурсов Азербайджана

    Sizin Ip Adres

     18.221.187.121

    Əməliyyat Sistemi


    td style=

    By Ilkin Aliyev© 2024