Bu siyahının ilk pilləsində "Barselona” klubu və Argentina
yığmasının futbolçusu Lionel Messi qərarlaşıb. 22 yaşlı futbolçunun
dəyərinin 80 milyon avro olduğu bildirilir.
İkinci pillədə Portuqaliya komandasının futbolçusu Kriştiano Ronaldo (75
milyon avro), üçüncü yerdə isə İspaniya komandası və "Barselona”
klubunun futbolçusu Xavi (65 milyon avro) qərarlaşıb.
Dünya çempionatının ən dəyərli komandası isə İspaniyadır. Bu yığmanın
heyətində çıxış edən futbolçuların ümumi dəyəri 650 milyon avrodur.
|