Ça, 11.12.2018,
Bizi Nece Tapmısınız Qonaq | RSS
.......ANA....
........YURDUM...........
.......AZƏRBAYCAN.......

Bölmələr
Xəbərlər
Islam
Proqramlar
Mobil dünya
Oyunlar
Tema
Web Usta
Torrent
Dini
Azəri
RaP
Türk
Xarici
Sevgi
Maraqlı
Tanınmışlar
Lətifələr
Şəkillər
Video
İdman
Texnologiya
Sayt Xəbərləri

Zaycev.Fm

Reklam

Dost Saytlar
  • Farmakoloq.Tk
  • Islamqadini
  • Baykot İsrail
  • Dini Saytımız

  • UnitedAz Yükləmələri



    Oyun

    height=
    Əsas Səhifə » Fayl » Islam

    Imam Mehdi
    16.08.2010, 09:45




    Məhdi ibn Həsən Əskəri hicrətin 255-ci ili şaban ayının 15-də Samirra şəhərində anadan olmuşdur.


    Onun adı İslam Peyğəmbərinin adından, yəni, M.U.H.Ə.M.M.Ə.D, künyəsi də Peyğəmbərin künyəsindəndir, yə᾽ni, Əbülqasimdir. Ən məşhur ləqəbi Məhdidir. Atası on birinci Həsən Əskəri , anası isə çox hörmətli Nərcis (Nərgiz) xanım olmuşdur. Anası, Reyhanə, Süsən və Səqil adları ilə də tanınmışdır. Nərcis xanımın fəzilət və mənəviyyatı o dərəcədə çox olmuşdur ki,ailəsinin fəzilətli qadınlarından biri olan Əliyyən-Nəqinin bacısı Həkimə xanım onu (Nərcisi) öz nəslinin ən fəzilətli xanımı, özünü isə onun xadiməsi adlandırmışdır.

    Həzrət Məhdi iki dəfə qeybə çəkilmişdir. Bunlardan biri qısamüddətli (kiçik qeyb dövrü), digəri isə uzunmüddətli (böyük qeyb dövrü) olmuşdur. Kiçik qeyb dövrü o Həzrətin anadan olduğu gündən xüsusi naiblərin naiblik dövrünün sonuna qədər davam etmiş, böyük qeyb dövrü isə birinci mərhələnin (yəni, kiçik qeyb dövrünün) qurtarması ilə başlamış və o Həzrət zühur edənə qədər davam edəcəkdir.

    Həzrət Məhdi Əhli Sünnə və Şiə məzhəblərincə gəbul edilmesinə baxmayaraq,onun haqqinda hər iki tərəf fərgli düşünür.

    Əskərinin həyatından danışarkən geniş məlumat verdiyimiz kimi, zalım Abbasi hökuməti o Həzrətin (m Əskərinin ) oğlunu ələ keçirib öldürmək məqsədilə Əskərinin evini ciddi nəzarət altında saxladığından,Məhdinin anadan olması Əskərinin qabaqcadan hazırladığı dəqiq və ölçülmüş plan əsasında çox gizli şəkildə və camaatın (hətta şiələrin) gözündən uzaq bir şəraitdə baş vermişdir. Bu barədə ən mötəbər xəbəri o Həzrətin anadan olmasının yaxından şahidi olmuş Əskərinin bibisi Həkimə xanım vermişdir.

    İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu əleyhi və səlləm) və həmçinin, digər məsum İmamlar Həzrət Məhdinin anadan olması, qeybə çəkilməsi, zühur edərək cahanşümul qiyamı və sair xüsusiyyətləri barədə çoxlu hədislər buyurmuşlar. Hələ Məhdi dünyaya gəlməzdən neçə il əvvəl onun Peyğəmbər (səlləllahu əleyhi və səlləm) ailəsindən, Fatimə övladlarından və Hüseynin nəslindən olacağı, öz cahanşümul qiyamı ilə bütün dünyada haqq-ədalət bərpa edəcəyi barədə xəbər verilmişdir. Bu barədə Peyğəmbər (səlləllahu əleyhi və səlləm) və İmamlardan söylənilmiş rəvayətlərin sayı həddən artıq çoxdur. Belə ki, İslami mövzular sahəsində çox az məsələ barədə bu qədər rəvayət söylənilmişdir. İndi isə biz ilk növbədə Həzrət Məhdi barədə İmamların buyurduğu hədisləri və eləcə də, şiə alimlərinin bu sahədə yazdığı kitabların adını qeyd edəcək.

    Bir məsələni də qeyd etmək yerinə düşər ki, İmamların hər birinin dövrünün özünəməxsus xüsusiyyətləri olmasına və İmamların diqqətinin əsasən, həmin xüsusiyyətlərə cəlb olunmasına baxmayaraq Həzrət Məhdinin məsələsi daima onların nəzərində olmuş və onlar yeri gəldikcə bu məsələyə toxunmuşlar. İmamların bu məsələ barədə buyurduğu hədislərin qısaca siyahısını qeyd edirik:

    1)Əli – 51 hədis;

    2)Həsən – 5 hədis;

    3)Hüseyn – 14 hədis;

    4Zeynül-abidin – 11 hədis;

    5)Baqir – 63 hədis;

    6)Sadiq – 124 hədis;

    7)Museyi-Kazim – 6 hədis;

    8)Riza – 19 hədis;

    9)Cavad – 6 hədis;

    10)Əliyyən-Nəqi – 6 hədis;

    11)Əskəri – 22 hədis.

    Qeyd olunması lazım olan məsələlərdən biri də budur ki, bəzi sünni mənbələrində Həzrət Məhdinin (ə) atasının adı Abdullah qeyd edilmişdir.1 Halbuki şiə və sünni mənbələrindəki bir çox hədislər o Həzrətin atasının adının Həsən olduğuna dəlalət edir. Bu ixtilafın mənşəyi o olmuşdur ki, bəzi sünni mənbələrində o Həzrətin nişanələri sırasında Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) aşağıdakı ifadəsi qeyd olunmuşdur: "Onun (Məhdinin) adı mənim adımdan, atasının da adı mənim atamın adından olacaq...” Əldə olan faktlar göstərir ki,"atasının adı da mənim atamın adından olacaqdır” ifadəsi Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) sözündə olmamış və hədis söyləyən özü onu bilərəkdən, ya da bilmədən Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) cümləsinə əlavə etmişdir. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) isə yalnız "onun adı mənim adımdan olacaqdır” - deyə buyurmuşdur.

    Hafiz Gənci Şafei bu barədə deyir: "Tirmizi bu hədisi rəvayət etmiş, lakin həmin hədisdə sonuncu cümlə gəlməmişdir. Həmçinin, bu kimi məsələlərə çox diqqətlə yanaşan Əhməd ibn Hənbəl bu hədisi öz "Müsnəd”ində bir neçə yerdə qeyd etmiş, lakin həmin hədisdə sonuncu cümlə gəlməmişdir.” Sonra Gənci əlavə edib deyir: "Sünnilərin mötəbər hədisçilərinin bu barədə söylədikləri rəvayətlərin heç birində sonuncu cümlə qeyd olunmamışdır. Təkcə Zaidə adlı bir şəxsin Asimdən söylədiyi rəvayətdə bu cümlə qeyd olunmuşdur. Zaidə isə hədislərə özündən bəzi şeylər əlavə etdiyindən onun söylədiyi hədisə etibar edilmir. Bu məsələnin şahidi də odur ki, bu hədisi Asim adlı bir şəxs rəvayət etmiş, Hafiz Əbu Nüeym "Mənaqibül-Məhdi” kitabında bu hədisi söyləmiş otuz bir nəfərin adını çəkmiş və onların hamısı onu Asimdən rəvayət etmiş və heç birinin hədisində sonuncu cümlə gəlməmişdir. Yalnız Zaidənin rəvayətində o cümlə gəlmişdir. Təbii ki, bir nəfərin də rəvayəti bu qədər adamın rəvayətinin müqabilində etibarlı sayıla bilməz.”

    İbn Xəldun və Məhdi (ə) haqqında nəql olunmuş rəvayətlər Sünni alimlərinin demək olar ki, hamısının Məhdi (ə) barədə deyilmiş rəvayətləri qəbul etdiyi mə᾽lum oldu. Lakin onlardan bir neçəsi, o cümlədən də İbn Xəldun bu hədisləri inkar etmiş, ya da onlara şübhə ilə yanaşmışdır. İbn Xəldun deyir: "Əsrlər boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın son vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsindən bir nəfər mütləq, zühur edib dini möhkəmlədəcək, haqq-ədaləti bərpa edəcək və müsəlmanların hamısı ona tabe olacaq. O, bütün müsəlman ölkələrinə hakim olacaqdır. Həmin şəxsin adı Məhdidir. Qiyamətin qəti müqəddimələrindən olan Dəccalın gəlməsi və sair hadisələr onun zühurundan sonra olacaq. İsa Peyğəmbər göydən enib Dəccalı öldürəcək, ya da onu öldürməkdə Məhdiyə kömək edəcək. İsa (ə) Məhdinin arxasında namaz qılacaq...

    Məşhur hədisçilərdən bir dəstəsi, o cümlədən, Tirmizi, Əbu Davud, Bəzzaz, İbn Macə, Hakim, Təbrani, Əbu Yəla Məhdi (ə) haqqında olan hədisləri öz kitablarında bir qrup səhabənin, o cümlədən, Əli (ə), İbn Abbas, Abdullah ibn Ömər, Təlhə, Abdullah ibn Məsud, Əbu Hüreyrə, Ənəs, Əbu Səid Xudəri, Əli Hilali və Abdullah ibn Harisin dilindən rəvayət etmişlər. Bu hədisləri inkar edib onların sənədində mübahisə edənlər də çoxdur. Hədis elminin mütəxəssisləri arasında belə bir qayda var ki, cərh tədildən irəlidir. Belə olduğu halda əgər biz bu hədisləri söyləmiş ravilərin bəzilərində unutqanlıq, əqidə çatışmamazlığı və ya pozğunluğu kimi zəif cəhətlər müşahidə etsək, həmin hədislər etibardan düşür...”

    Sonra o, (İbn Xəldun) bu hədislərdən bir neçəsini qeyd etmiş, onları söyləmiş ravilərin avtobioqrafiyasını araşdıraraq bəzilərini etibar oluna bilməyən hesab etdikdən sonra deyir: "Budur, hədisçilərin Məhdi (ə) və onun qiyamı barədə söylədikləri rəvayətlər. Özünüz də gördünüz ki, onların bir neçəsi istisna olmaqla hamısı mübahisəlidir.”

    Bu, İbn Xəldunun Məhdi (ə) barədə deyilmiş rəvayətlərə münasibətinin qısa məzmunu idi.

    Hədis elminin mütəxəssisləri, istər şiə olsun, istərsə də sünni hamı bir nəfər kimi onun iddialarını qəti sübutlarla inkar edərək sözlərini əsassız hesab etmişlər. İndi nümunə üçün Mədinə Universitetinin rektoru Şeyx Əbdülmöhsün İbadın bu barədə dediklərinin qısa məzmununu qeyd edirik.

    O, "Sünnə əhlinin gözlənilən Məhdi haqqında əqidəsi” mövzusuna dair keçirilmiş konfransda İbn Xəldunun nəzəriyyəsini rədd edərək demişdir:

    a)Əgər Məhdi (ə) haqqında deyilmiş hədisləri hədis mütəxəssisi olan bir şəxs inkar etsəydi, bu barədə şəkk etməyə dəyərdi. Ancaq bu barədə mütəxəssis olmayan tarixçilərin şübhəsi yersizdir. Şeyx Əhməd Şakir yaxşı deyib ki, İbn Xəldun bilmədiyi bir işə baş qoşmuş, əhli olmadığı bir meydana girmişdir. O, öz yazdığı "Əl-Müqəddimə” kitabında Məhdiyə ixtisas verdiyi fəsildə təəccüb ediləsi sözlər demiş və açıq-aşkar səhvlərə yol vermişdir. O,hədisçilərin hədis elmində "cərh tədildən üstündür” demələrindən məqsədin nə olduğunu heç anlamamışdır.

    b)İbn Xəldun "Əl-Müqəddimə”də Məhdi əleyhissəlama ixtisas verdiyi fəsildə etiraf edir ki, tarix boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın axır vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsindən mütləq, bir nəfər zühur edəcək...

    Tarix boyu bütün müsəlmanlarda belə bir inamın olmasına etiraf etdiyi halda, İbn Xəldunun özünün də hamının qəbul etdiyi bu əqidəni qəbul etməsi daha məqsədəuyğun olmazdımı? Bütün müsəlmanların əqidəsinin onun şəxsi əqidəsilə zidd olduğu bir halda bu, necə deyərlər özünü kənaraçəkmə demək deyilmi? Deməli, bütün müsəlmanlar səhv başa düşmüş, təkcə İbn Xəldun doğru anlamışdır? Ümumiyyətlə, bu,araşdırılası, əqli yolla başa düşüləsi bir məsələ deyil. Əksinə, bu, nəqli və qeybi bir məsələdir. Kiminsə onu Quran və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sünnəsindən başqa bir sübutla isbat etməsi düzgün deyil. Bu isə bütün müsəlmanların nəzəriyyəsini təsdiqləyir və onlar bu nəqli məsələdə mütəxəssislərdir.

    v)İbn Xəldun bu hədisləri araşdırıb öz etirazını bildirməzdən qabaq deyir: "İndi bu barədə deyilmiş hədisləri qeyd edəcəyik.” Hədisləri qeyd etdikdən sonra deyir: "Budur,hədisçilərin Məhdi (ə) və onun dünyanın sonunda qiyam edəcəyi barədə rəvayət etdiyi hədislər.” Başqa bir yerdə isə deyir: "Hədisçilərin Məhdi (ə) haqqında rəvayət etdiyi hədislərin hamısını bacardığımız qədər qeyd etdik.” Halbuki, o, Məhdi (ə) haqqında deyilmiş hədislərin çoxunu qeyd etməmişdir. Bunu Süyutinin "Əl-Ürfül-virdi fi-əxbaril Məhdi” kitabından da əldə etmək olar. İbn Xəldun, İbn Qəyyimin "Əl-Minarül-münəyyif” adlı kitabında mötəbər sənədlə qeyd etdiyi hədisdən də xəbərsiz qalmışdır.

    q)İbn Xəldun bu hədislərin bəzisini qeyd etmiş, onların bəzilərinin sənədini ravilərinə görə etibarsız saymışdır. Halbuki, Buxari və Müslim, ya heç olmasa onların biri öz səhihlərində həmin ravilərdən hədislər rəvayət etmiş və alimlər onların sənədlərində heç bir irad tutmamışlar.

    d)İbn Xəldun özü etiraf edir ki, Məhdi barədə deyilmiş hədislərin az bir qismi sənəd cəhətdən mötəbər və iradsızdır. Elə isə qeyd etməliyik ki, İbn Xəldunun özünün qəbul etdiyi həmin hədislər də bu məsələnin isbata yetməsi üçün kifayət edir və başqa hədislər də onları təsdiqləyir.

    Məhdi əleyhissəlamı gözləmək və Məhdilik iddiası edənlər İslam tarixinə nəzər saldıqda, məlum olur ki, tarix boyu bir sıra məqam və mənfəət ardınca olan şəxslər Məhdilik iddiası edərək özlərini Məhdi adlandırmış, ya da bir dəstə avam insan kimlərisə Məhdi hesab etmişlər. Bu hərəkət göstərir ki, "Məhdi” məsələsi və qeybi bir nicat verənin zühuruna inam müsəlmanlar arasında qəti məsələlərdən biri olmuşdur. Məhdilik iddiası etmiş şəxslərin də adı, ya bəzi xüsusiyyətləri o Həzrətlə uyğun gəldiyindən onlar bu məsələdən istifadə edib özlərini Məhdi adlandırmışlar. Əlbəttə, onlardan bəziləri heç də özləri belə bir iddia etməmiş, lakin bir dəstə avam insan ya nadanlıq üzündən, ya hakim dairələrin son dərəcə zülmü nəticəsində, ya Məhdinin (ə) zühurunda tələsmələrinə görə, ya da başqa səbəblər üzündən Həzrət Məhdinin (ə) nişanələrinin hamısına fikir vermədən səhvə yol verərək onları Məhdi hesab etmişdir. Məsələn, müsəlmanlardan bir dəstəsi Məhəmməd ibn Hənəfiyyəni Peyğəmbərlə (səlləllahu əleyhi və alihi və səlləm) eyniadlı və eynikünyəli olduğuna görə Məhdi hesab etmiş və belə fikirləşiblər ki, o ölməyib qeybə çəkilmiş, sonradan zühur edərək dünyanın hakimi olacaqdır. İsmailiyyə firqəsinin bir dəstəsi bu əqidədə olmuşdur ki, İmam Sadiqin (ə) oğlu İsmayıl ölməmiş, onun ölümü məsləhət üzündən e᾽lan olmuş, o, elə vəd olunmuş Məhdidir və ölümündən qabaq qiyam edərək bütün dünyaya hakim olacaq. Abdullah ibn Həsənin oğlu Nəfsi-Zəkiyyə ləqəbi ilə məşhur olmuş Məhəmməd, Abbasi xəlifəsi Mənsur Dəvaniqinin hakimiyyəti dövründə qiyam etmiş, adının Məhəmməd olmasına görə atası onun Məhdi olduğunu iddia etmiş və bu yolla oğlu üçün çoxlu tərəfdar toplamışdı. Nəfsi-Zəkiyyənin qiyamı zamanı Mədinənin fəqih və abidlərindən olan Məhəmməd ibn Əclan onu himayə edirdi. Nəfsi-Zəkiyyə məğlub olaraq öldürüldükdən sonra Mədinə hakimi Cəfər ibn Süleyman Məhəmməd ibn Əclanı çağırtdırıb ona deyir: "Nəyə görə o yalançını himayə edirdin?” Sonra da onun əlini kəsdirmişdir. Məclisdə hazır olan Mədinə əyan-əşrafı Cəfər ibn Süleymandan Məhəmməd ibn Əclanın əfv olunmasını istəyərək deyir: "Ya Əmirəl-möminin! Məhəmməd ibn Əclan Mədinənin fəqih və abidlərindəndir, bu işdə səhvə yol vermiş və Nəfsi-Zəkiyyəni rəvayətlərdə gəlmiş Məhdi ilə oxşadıb qarışıq salmışdır.

    Bu hadisədən eynilə Mədinənin böyük hədisçi və alimlərindən olmuş Abdullah ibn Cəfərin də başına gəlmiş və o da Mədinə hakiminin cavabında demişdi: "Mənim Məhəmməd ibn Abdullah (Nəfsi-Zəkiyyə) ilə həmkarlıq etməyimin səbəbi onun rəvayətlərdə vəd olunmuş Məhdi olduğuna inamım olmuşdur. O ölənə qədər bu məsələ barədə heç bir şübhə etmirdim, lakin o öldükdən sonra bildim ki, o, Məhdi deyil. Bundan sonra heç kimin hiyləsinə aldanmaram.

    Əsl adı Abdullah və oğlunun adı Məhəmməd olan xəlifə Mənsur isə öz oğluna Məhdi ləqəbi qoyub iddia edirdi ki, vəd olunmuş Məhdi Nəfsi-Zəkiyyə deyil, məhz mənim oğlumdur.

    Tarixə nəzər saldıqda bəzi firqələrin keçmiş İmamlardan bəzilərinin Məhdi olması haqda əqidəsini də müşahidə edirik. Məsələn, Navusiyyə firqəsi İmam Sadiqi (ə) Məhdi, sağ və qeybə çəkilmiş İmam kimi tanıyırdı. Vaqifiyyə məzhəbi isə eynilə bu əqidəni İmam Museyi-Kazimə (ə) aid edirdi. Onlar belə güman edirdilər ki, İmam Kazim (ə) dünyanın Şərq və Qərbini tutmayınca, dünya zülmlə dolduğu kimi ədaləti bərpa etməyincə ölməyəcək. Onların fikrincə vəd edilmş Məhdi elə İmam Kazim (ə) olmuşdur. Nəhayət, bəziləri də İmam Əskərinin (ə) vəfatından sonra onun ölməsini inkar edərək demişlər ki, o, diridir və qeybə çəkilmişdir. Məhdi onun özüdür.

    Bunlar Həzrət Məhdi əleyhissəlama inamın həm Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) dövründə, həm də ondan sonra olmasını təsdiqləyən nümunələrdir. Bu hadisələr göstərir ki, İslam ümməti daima qiyam edərək zülmə qarşı mübarizə edəcək və dünyada ədalət bayrağı dalğalandıracaq bir şəxsin intizarında olmuşdur. Təbii məsələdir ki, tarix boyu bəzi şəxslərin məhdilik mövzusundan istifadə edərək özlərini Məhdi adlandırması bu məsələnin əsl mahiyyətini inkar edə bilməz. Çünki əsrlər boyu bir çox həqiqətlərdən kimlərsə mənfi istifadə etmişdir. Dünyada Allahlıq, peyğəmbərlik, yaxud başqa mənəvi məqamlar iddiasında olanlar da az olmamışdır. Yalançı dinlərin də sayı az deyil. Ancaq bunlar heç vaxt Allahı, yaxud peyğəmbərliyi inkar etmək üçün kiməsə sübut ola bilməz. Hal-hazırda bəziləri elm, texnika və sənayedən bəşəriyyətə zidd olan işlər məqsədilə istifadə edirlər, ancaq bu, heç də bizə elm, texnika və sənayenin əsl mahiyyətini inkar etməyə əsas vermir.

    Qurani-Kərim Həzrət Məhdinin (ə) zühur və qiyamı barədə (bir çox başqa sahələrdə olduğu kimi) xırdalıqlara toxunmadan ümumi şəkildə söz açmışdır. Yəni, Quran ümumdünya ədalətli hökumət qurulacağından, əməlisaleh insanların yer üzündəki kamil və son qələbəsindən söhbət etmişdir. Bu ayələri İslam təfsirçiləri hədislərə istinad edərək Həzrət Məhdi əleyhissəlama, onun qiyamı və zühuruna aid etmişlər. Alimlərin bu məsələyə aid etdikləri ayələrdən və bu məsələ haqqında daha aşkar söhbət açmış ayələrdən üçünü qeyd edirik.

    1) "Biz kitabdan [Tövratdan, yaxud lövhi-məhfuzdan] sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin hakim olacağını yazmışdıq.”

    Bu ayəni izah edərkən qeyd etmək lazımdır ki, ayədə gəlmiş "zikr” (kitab) sözü əslində "nəyisə xatırlamaq” mənasınadır, ancaq bu ayədə Həzrət Musa əleyhissəlama Allah tərəfindən göndərilmiş kitab – Tövrat nəzərdə tutulmuşdur. Buna sübut isə onun Zəburdan qabaq qeyd olunmasıdır. Başqa bir təfsirə əsasən, ayədəki "zikr” (kitab) sözü Qurana işarədir. Çünki Quranın özündə bir neçə yerdə Quran "zikr” adı ilə qeyd olunmuşdur. Məsələn, "Təkvir” surəsinin iyirmi yeddinci ayəsində deyilir: "O, [Quran] aləmlər [bütün insanlar və cinlər] üçün ancaq bir zikrdir [öyüd-nəsihətdir].” Belə olduqda isə ayənin mənası "Biz kitabdan [Tövratdan] sonra Zəburda da...” yox, "Biz kitabdan [Qurandan] əlavə Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin hakim olacağını yazmışdıq” olur.

    Mərhum Şeyx Müfid ("Əl-İrşad” kitabında) Həzrət Məhdi əleyhissəlama ixtisas verdiyi fəslin başlanğıcında bu ayəyə və bundan sonra qeyd edəcəyimiz ayəyə istinad etmişdir. Bu ayənin təfsiri barədə İmam Baqirdən (ə) rəvayət olunmuşdur ki, ayədə deyilmiş "saleh bəndələr”dən məqsəd Həzrət Məhdinin (ə) dünyanın axırında olacaq tərəfdarlarıdır.

    Quranın görkəmli təfsirçisi mərhum Təbərsi "Məcməül-bəyan” təfsirində bu ayədən bəhs edərkən qeyd etdiyimiz hədisi yazdıqdan sonra deyir: "Şiə və sünnilərin Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) rəvayət etdiyi aşağıdakı hədis bu məsələyə aiddir: "Əgər dünyanın sonuna bircə gün belə qalsa, Allah-taala həmin günü mənim nəslimdən saleh bir kişinin zühur edib dünyanı, zülmlə dolduğu kimi haqq-ədalətlə dolduracağına qədər uzadar.”

    Quranın Allahın saleh bəndələrinin yer üzünün hakimi olacağı məsələsinin Tövrat və Zəburda da yazılmasına işarə etməsi bu mövzunun əhəmiyyətini göstərir. Belə ki, bu məsələ ilkin peyğəmbərlərin də kitablarında vurğulanmışdır. Diqqəti cəlb edən məsələ budur ki, bu mövzu Davud peyğəmbərin dua, münacat və nəsihətlərini əhatə etmiş və hal-hazırda Tövratın "Əhdi-qədim” hissəsində yer tapmış "Davudun nəğmələri” kitabında da müxtəlif ifadələrlə gözə dəyir. Məsələn, otuz yeddinci nəğmədə deyilir: "...Zalımların kökü kəsiləcək, Allaha arxalananlar isə yer üzünün hakimi (varisi) olacaqlar. İndi isə zalımların olmaması çox çətin məsələdir. (Yəni, indi zalımlar çoxdur). Yer üzünün hakimi (varisi) olacaq təvazökarlar son dərəcə əmin-amanlıqdan ləzzət alacaqlar” Həmin nəğmənin başqa bir hissəsində deyilir: "...Allaha təbərrük edənlər (üz tutanlar) yer üzünün hakimi olacaq, məlunların (Allahdan üz döndərmişlərin) isə kökü kəsiləcək.”

    2) "Yer üzündə zəif düşüb əzilənlərə [nemət verib]mərhəmət göstərib onları öndə gedən və yer üzünün varisləri [hakimi] etmək istəyirik.”

    "Məhdi (ə) şiə mənbələrində” adlı başlıqda danışarkən qeyd etdik ki, Həzrət Əli (ə) Məhdinin (ə) qayıdacağı (zühur etməsi) və camaatın yenidən vəhy ailəsinə tərəf üz tutacağı barədə söhbət etdikdən sonra indi qeyd etdiyimiz ayəni oxumuşdu.

    Ələvilərdən olub Abbasi xəlifəsi Məmuna qarşı qiyam qaldırmış Məhəmməd ibn Cəfər deyir ki, bir gün rastlaşdığım çətinlikləri Malik ibn Ənəs üçün açıqladım. O, mənə dedi ki, səbr et, qoy "Yer üzündə zəif düşüb əzilənlərə mərhəmət göstərib onları öndə gedən və yer üzünün varisləri etmək istəyirik” ayəsi çin çıxsın.

    3) "Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar üçün Allahın Özü bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla [arxayınçılıqla]əvəz edəcəyini vəd buyurmuşdur.”

    Mərhum Təbərsi bu ayənin təfsirində deyir: "Peyğəmbər ailəsindən rəvayət olunmuşdur ki, bu ayə Həzrət Məhdi (ə) barədə nazil olmuşdur. Əyyaşi İmam Zeynül-abidin əleyhissəlamdan rəvayət etmişdir ki, o Həzrət bu ayəni oxuyaraq buyurmuşdur: "And olsun Allaha ki,onlar (ayədə deyilmiş şəxslər) biz əhli-beytin şiələridir. Allah bu işi bizim nəslimizdən olan bir şəxs vasitəsilə həyata keçirəcək. Həmin şəxs bu ümmətin Məhdisidir. O, həmin şəxsdir ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onun barəsində "Əgər dünyanın sonuna bircə gün belə qalsa, Allah-taala həmin günü mənim nəslimdən olan bir şəxsin (zühur edib) dünyaya hakim olacağı vaxta qədər uzadar. Onun adı mənim adımdandır. Dünyada zülm və haqsızlıq baş alıb getdiyi bir halda o, dünyada haqq-ədaləti bərpa edəcək” - deyə buyurmuşdur.”

    Təbərsi daha sonra əlavə edib deyir: "Bu məna qeyd etdiyimiz ayənin təfsirində İmam Baqir (ə) və İmam Sadiqdən (ə) da rəvayət olunmuşdur.”

    İmamın qeyb dövründə olmasının faydaları İndi ki, Həzrət Məhdi (ə) haqqında söhbətimiz bura yetişdi, onda ona aid olan əsas suallardan birinə cavab verməyimiz lap yerinə düşər. Sual budur ki, İmamın qeyb dövründə olmasının nə kimi faydası var? Başqa sözlə desək, İmamın qeyb dövründə yaşaması bir rəhbər kimi ümumi həyat tərzi deyil, xüsusi yaşayışdır. Belə olduğu halda, onun müqəddəs vücudunun ümumi müsəlmanlar üçün nə kimi xeyri ola bilər və camaat ondan nə kimi istifadələr edə bilər?

    Nəzərə almaq lazımdır ki, İmamın qeybdə olması heç də o demək deyildir ki, o Həzrətin vücudu görünməz bir ruha, yaxud görünməz bir dalğaya və bu kimi şeylərə çevrilmişdir. Əksinə, o da təbii həyat sürür, sadəcə olaraq onun ömrü uzundur. O Həzrət camaat arasında, cəmiyyət içərisindədir, müxtəlif yerlərdə yaşayır, lakin naməlum şəkildə. Naməlum olmaqla görünməz olmaq arasında isə (yerdən göyə qədər) fərq vardır. İmam Sadiq (ə) buyurardı ki, camaat öz İmamını itirəcək, o, həcc mövsümü zamanı ziyarətə gələrək camaatı görər, camaat isə onu görməz.

    Gizli Günəş Qeyd etdiyimiz sualın cavabında xatırlamaq lazımdır ki, bu sual heç də yeni və təkcə müasir dövrümüzə aid bir sual deyil. İslami rəvayətlərdən belə başa düşülür ki, hətta Həzrət Məhdi (ə) anadan olmazdan qabaq da, bu sual irəli sürülmüş və istər Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm), istərsə də İmamlar Həzrət Məhdi (ə) və onun uzun sürəcək qeybindən söhbət açdıqda bu sualla üzləşib ona cavab vermişlər. Məsələn:

    1)İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) "Şiələr Həzrət Məhdinin (ə) qeybdə olduğu müddət ərzində ondan istifadə edə biləcəklərmi?” sualının cavabında buyurmuşdur: "Bəli, and olsun məni Peyğəmbər seçmiş Allaha ki,günəş bulud arxasında olarkən insanlar onun nurundan istifadə etdikləri kimi onun qeybdə olduğuna baxmayaraq, şiələr ondan istifadə edəcək, İmamətinin nurundan bəhrələnəcəklər.”

    2)İmam Sadiq (ə) buyurmuşdur: "Allah-taala Həzrət Adəm əleyhissəlamı yaratdığı gündən Qiyamətə qədər yer üzü heç vaxt İlahi hüccətsiz olmamış və olmayacaqdır. İstər zahiri və aşkar hüccət olsun, istərsə də qeybdə və gizlində olan hüccət. Əgər yer üzündə İlahi bir hüccət olmasa, Allaha sitayiş olunmaz.” Rəvayəti söyləyən şəxs İmamdan soruşur ki, camaat qeybdə olan İmamdan necə istifadə edəcək? İmam Sadiq (ə) buyurur: "Günəşdən bulud arxasında olarkən istifadə etdikləri kimi.”

    3)Həzrət Məhdinin (ə) özü də bu məsələ üzərində çox təkid etmişdir. O Həzrət İshaq ibn Yəqubun yazdığı suala cavab verərək buyurmuşdur: "Camaatın məndən istifadə etməsi eynilə bulud arxasında gizlənmiş günəşdən istifadə etmələri kimidir.” Bu bənzətmənin açıqlamasında qeyd etmək lazımdır ki, günəşin işıq verməsi iki növdür. Biri bilavasitə, digəri isə vasitəli yolla işıq vermədir. Günəş bilavasitə işıq verəndə onun şüaları görünür, vasitəli işıqvermədə isə bulud günəşin qarşısını alır və onun nurunu cəzb edərək ətrafa paylayır.

    Günəşin canlı aləmin inkişafında misilsiz xidməti onun bilavasitə təbiətə işıq verdiyi vaxta aiddir. Lakin onun istilik vermə, bitkilərin açılması və yetişməsi, həyat üçün lazım olan enerji istehsalı, ağacların bəhrə verməsi,güllərin açılması kimi işlərdə təsiri bulud arxasında olarkən də özünü göstərir. İmamın qeyb pərdəsi arxasında olarkən mənəvi şüasının da bir sıra təsirləri vardır ki, təlim-tərbiyənin və bilavasitə rəhbərlik etməsinin dayanması onun vücudunun fəlsəfəsini aşkar edir. İndi həmin təsirlərdən bir neçəsini qısaca olaraq qeyd edirik.

    1. Dünyanın döyünən ürəyi İmamət mövzusuna dair rəvayət olunmuş hədislərə və eləcə də, alimlərin gətirdiyi sübutlara əsasən, İmam dünyanın ürəyidir. Dünya bütün əzəmətilə ona bağlıdır. İmam varlıq aləminin qəlbi, dünyanın mərkəzi və Allahla məxluqat arasında bir vasitədir. Buna görə də, onun açıqda olması ilə qeybdə olmasının heç bir fərqi yoxdur. Lakin o, dünyada olmazsa bütün aləm bir-birinə dəyər. İmam Sadiqin (ə) dili ilə desək "Əgər yer üzü (bir an) İmamsız qalsa, öz sakinlərini kamına çəkər.” İmam Zeynül-abidin (ə) buyurmuşdur: "Bizə görə Allah-taala asimanı yerə gəlməkdən, yerin lərzəyə gəlib sakinlərini məhv etməkdən saxlamışdır. Bizə görə Allah-taala yağış yağdıraraq Öz rəhmətini yayır və yerdə olan nemətləri üzə çıxarır. Ancaq yer üzündə bizim nəsildən olan bir şəxs olmasa, yer öz sakinlərini kamına çəkər.”

    2. Allah dinini qorumaq Əmirəl-möminin Həzrət Əli (ə) hər vaxt İlahi bir rəhbərin olmasının zərurətini vurğuladığı çıxışlarından birində buyurur: "İlahi, həqiqətən də belədir, yer üzü heç vaxt zühur edəcək və Allahın hüccəti olan bir şəxssiz olmamışdır. İstər həmin şəxs aşkarda olsun, istərsə də qeybdə. Bu, ona görədir ki, açıq-aşkar İlahi sübutlar itib batmasın...”

    Zaman keçdikcə şəxsi fikirlərin məzhəbi (dini) məsələlərə qarışması və xəyanətkar əllərin səmavi təlimlərə tərəf uzadılması nəticəsində bir sıra İlahi qanunlar öz həqiqətini itirir və din bəzi təhriflərə məruz qalır. Allahın göndərdiyi səmavi dinin həqiqətinin qorunub saxlanılması və təhriflərin qarşısının alınması məqsədilə bu vəzifə (dini qorumaq vəzifəsi) Allah tərəfindən seçilmiş bir İmam vasitəsilə davam etdirilməlidir. Hər hansı bir mühüm müəssisədə həmin idarənin sənədlərini oğrudan, yanğından və bu kimi hadisələrdən qorumaq məqsədilə seyflər qoyulur. İmamın qəlbi və böyük ruhu da səmavi təlimləri ilk nazil olduğu gün kimi gözləmək məqsədilə İlahi qayda-qanunları qoruyub saxlamaq üçün bir seyfdir. Hafiz ibn Həcər Əsqəlani "Səhihi-Buxari” kitabına yazdığı şərhdə Həzrət Məhdinin (ə) zühuru zamanı Həzrət İsa əleyhissəlamın göydən enərək onun arxasında namaz qılacağı barədə rəvayət olunmuş hədisləri qeyd etdikdən sonra yazır: "Həzrət İsa əleyhissəlamın dünyanın sonunda və Qiyamətə yaxın vaxtda göydən enərək bu ümmətdən olan bir nəfərin arxasında namaz qılması İslam alimləri arasında tamamilə düzgün olan bu nəzəriyyəni təsdiq edir ki, yer üzü heç vaxt aşkar sübutlarla Allaha görə qiyam edəcək bir hüccətsiz olmamışdır.”

    3. Ümid vermək

    Döyüş meydanlarında fədakar döyüşçülərin bütün diqqəti düşmən qarşısında öz bayraqlarının dalğalanmasında olur. Bunun əksinə olaraq düşmən ordusunun da yeganə məqsədi onların bayrağını aşağı endirməkdir. Bunun səbəbi də odur ki, bayrağın dalğalanması döyüşçüləri həvəsləndirərək onlara ümid verir və daha artıq səy göstərmələrinə səbəb olur. Həmçinin, ordu başçısının da öz yerində olması döyüşçülərdə ruh yüksəkliyi yaradır. Ordu başçısı nə qədər sakit dursa da, yenə döyüşçüləri həvəsləndirir və daha artıq qəhrəmanlıq göstərməyə cəlb edir. Ancaq ordu başçısının öldürülməsi xəbəri yayıldıqda, böyük bir ordu bütün ruhiyyəsini itirir, hazırlığını əldən verərək başsız qalır. Nə qədər ki, bir ordu, yaxud bir cəmiyyətin başçısı sağdır, bu onların ruhiyyəsinin artmasına səbəb olur. Hətta başçı səfərdə, yaxud ölüm yatağında olsa belə, yenə də ordu, ya cəmiyyətin fəaliyyətdə olmasına gətirib çıxarır. Lakin onun ölüm xəbəri bütün ordunu, cəmiyyəti ruhiyyədən salır. Şiə məzhəbi sağ qalmış İmama olan əqidəsinə görə onu öz aralarında görməsə də, özünü başçısız hiss etmir. Təbii ki, bu əqidə qəlblərdə ümid işığını saxlamaqda və camaatı özlərinə yetişib böyük bir ümumdünya qiyamına hazırlaşmaqda öz təsirini göstərir. Fransanın Sarbon universitetində fəlsəfə dərsi deyən görkəmli fransız şərqşünası, professor Hanri Kerben deyir: "Mənim fikrimcə şiə məzhəbi Allahla bəndələr arasında əlaqəni həmişə qoruyub saxlamış və İmamətə əbədiyyət qazandırmış yeganə məzhəbdir. Yəhudilər Allahla insanlar arasında əsl vasitə olan nübüvvəti (peyğəmbərliyi) Həzrət Musa (ə) ilə qırılmış hesab edərək ondan sonra gəlmiş Həzrət İsa (ə) və Həzrət Məhəmmədi (səlləllahu əleyhi və alihi və səlləm) Peyğəmbər kimi qəbul etməmişlər. Eləcə də, məsihilər. (Onlar da bu vasitəni Həzrət İsa (ə) ilə sona çatmış bilirlər.) Müsəlmanların sünni məzhəbi də, Həzrət Məhəmməddən (s) o tərəfə getməmiş və nübüvvətin Məhəmmədlə (s) sona çatdığından sonra Allahla məxluqat arasında heç bir vasitə olduğuna inanmamışdır. Lakin şiə məzhəbi Həzrət Məhəmmədlə (səlləllahu əleyhi və alihi və səlləm) nübüvvətin başa çatması əqidəsində olsa da, təkamül və hidayət vasitəsi olan "İmamət”i həmişə qoruyub saxlayan yeganə məzhəbdir.”




    Bölmə: Islam | Yükləyib: ilkin66
    Baxış Sayı: 653 | Yüklənib: 0 | Reytinq: 0.0/0
    Bütün şərhlər: 0
    Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilərlər
    [ Qeydiyyat | Giriş ]
    Sayta Giris

    Axtarış

    İstifadəçi Paneli


    Qarabağı Unutma!!

    Ana Yurdum
    Azərbaycanım

    Xocavənd - 08.02.1992
    Xocalı - 26.02.1992
    Şuşa - 09.05.1992
    Laçın - 17.05.1992
    Kəlbəcər - 06.04.1993
    Ağdərə - 17.06.1993
    Ağdam - 23.07.1993
    Cebrayıl - 18.08.1993
    Füzuli - 23.08.1993
    Qubadlı - 31.08.1993
    Zəngilan - 25.10.1993

    Teqlər

    Bizim Sorğu
    Saytımızda Ən Çox Nəyə Üstünlük Verirsiniz
    Bütün Səslər : 88

    Sayğaclar


    Ümumi onlayn: 1
    Qonaq: 1
    Istifadəçilər: 0







    iNet Rating - рейтинг интернет ресурсов Азербайджана

    Sizin Ip Adres

     52.91.185.49

    Əməliyyat Sistemi


    td style=

    By Ilkin Aliyev© 2018