- İnsanların ən
zəngini olmaq istəyirəm. -
Qənaətkar olsan insanların ən zəngini olarsan.
- İnsanların ən xeyirlisi olmaq istəyirəm.
- İnsanların ən xeyirlisi, insanlara faydalı olandır.
Sən də insanlara faydalı ol.
- İnsanların ən ədalətlisi olmaq istəyirəm.
- Özün üçün istədiyini insanlar üçün də istəsən
insanların ən ədalətlisi olarsan.
-
İnsanlar içində Allaha ən yaxın, ONun ən xas qullarından olmaq
istəyirəm. -
Allahı çox zikr edib xatırlayar və xatırlasan o zaman Allahın ən xas
qulu olarsan.
- Möminlərdən, yaxşılıq edənlərdən olmaq istəyirəm.
- Allaha, ONU görür kimi ibadət et, hər nə qədər sən ONU
görməsən də O səni görür.
- İmanımı kamala çatdırmaq istəyirəm.
- Gözəl əxlaqlı olsan imanın kamala çatar.
- Qiyamət günü nur içində ölmək istəyirəm.
- Heç kimə zülm etmə, qiyamət günü nur içində ölərsən.
- İnsanların ən mərhəmətlisi olmaq istəyirəm.
- Əvvəl özünə və insanlara mərhəmət et ki; Allah da sənə
mərhəmət etsin.
- Günahlarımın azalmasını istəyirəm.
- İstiğfar edərək günahlarının bağışlanması üçün Allaha
yalvarsan günahların azalar.
- İnsanların ən kərimi olmaq istəyirəm.
- Allaha qullarını şikayət etməzsənsə insanların kərimi
olarsan.
- Ruzimin bol olmasını istəyirəm.
- Təmizliyə davam etsən ruzinin bol olar.
- Allah və Elçisi tərəfindən sevilmək istəyirəm.
- O zaman Allah və Rəsulunun sevdiklərini sev,
sevmədiklərini də sevmə.
- Allahın mənə qəzəblənməsindən özümü qorumaq istəyirəm.
- Kimsəyə qızmazsan Allahın qəzəbindən və qızmasından
xilas olarsan.
- Duamın qəbul edilməsini istəyirəm.
- Haramlardan çəkinsən duaların qəbul olar.
- Allahın məni başqalarının yanında alçaq etməməsini
istəyirəm. -
Namusunu qoruyub iffətli ol ki; insanlar yanında alçaq olmayasan.
- Allahın ayıblarımı, qüsurlarımı örtməsini istəyirəm.
- Qardaşlarının ayıblarını örtsən Allah da sənin
ayıblarını örtər.
- Mənim günahlarımı nə silər?
- Gözyaşların, hörmətlə Allaha qulluğun və xəstəliklər.
- Allah yanında hansı yaxşılıq daha fəzilətlidir?
- Gözəl əxlaq, təvazö, bəlalara səbir və qəzaya razılıq.
- Allah yanında ən böyük günah hansıdır?
- Pis əxlaq və Allahın əmrlərinə qarşı göstərilən
xəsislik.
- Rəhman Allahın qəzəbini nə dindirər?
- Gizlidən gizliyə sədəqə vermək, qohumları ziyarət və
qorumaq.
|