Be, 29.04.2024,
Bizi Nece Tapmısınız Qonaq | RSS
.......ANA....
........YURDUM...........
.......AZƏRBAYCAN.......

Bölmələr
Xəbərlər
Islam
Proqramlar
Mobil dünya
Oyunlar
Tema
Web Usta
Torrent
Dini
Azəri
RaP
Türk
Xarici
Sevgi
Maraqlı
Tanınmışlar
Lətifələr
Şəkillər
Video
İdman
Texnologiya
Sayt Xəbərləri

Zaycev.Fm

Reklam

Dost Saytlar
  • Farmakoloq.Tk
  • Islamqadini
  • Baykot İsrail
  • Dini Saytımız

  • UnitedAz Yükləmələri



    Oyun

    height=
    Əsas Səhifə » Fayl » Tanınmışlar

    Abbas Səhhət
    29.06.2010, 18:47


    Mehdizadə Abbas Əliabbas oğlu (1874-1918) şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi.

    Həyatı


    Abbas Səhhət 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlmişdir. Məşhəd və Tehran şəhərlərində tibb təhsili almışdır. 1901-ci ildə Şamaxıya dönən Abbas Səhhət tədricən həkimlik sənətindən uzaqlaşaraq məktəblərdə, daha sonra "realnıy məktəbdə" azərbaycan dilindən dərs deyir. Məhz bu dövrdən etibarən ədəbi fəaliyyətə başlayır. 1903-cü ildən məqalələri Şərqi-Rus qəzetində çap olunur. 1905-ci ildə "Yeni poeziya necə olmalıdır?" adlı məqaləsi, daha sonra "Poetik nitq", "Azadlığa mədhiyyə", "Oyanışın səsi" şerləri işıq üzü görür.


    "Yeni üslublu məktəblər" ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur (Füyuzat jurnalı, 1906-1907-ci illər). Abbas Səhhət o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi qaydada çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı o dövr Azərbaycan oxucusunu rus (Lermontov, Puşkin, Krılov, Nadson, Maksim Qorki və b.), fransız (Hüqo, Müsse, Sülli-Prüdom və b.), alman, erməni şair və yazıçılarının əsərləri ilə tanış edir.


    Abbas Səhhətin "İt və əksi" şeiri "Vətən dili"nə salınmışdır.


    1912-ci ildə şairin öz şerlərindən ibarət "Sınıq saz" və Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət "Qərb günəşi" adlı şerlər toplusu işıq üzü görür. Bir qədər sonra "Əhmədin şücaəti" adlı poeması, 1916-cı ildə isə "Şair, muza və şəhərli" adında romantik poeması nəşr olunur.


    Şairin yaradıcılığına Şərqin Nizami, Hafiz, Sədi kimi söz "nəhənglərinin" böyük təsiri olmuşdur. Abbas Səhhət türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanmış, xüsusilə Tofiq Fikrət yaradıcılığına xüsusi diqqət göstərmişdir.


    Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə etmiş, İslam dəyərlərindən imtinaya qəti etiraz edərək, əsərlərində "ümummüsəlman qərbçiliyi" ideyasını dəstəkləmişdir. 1908-ci ildə baş vermiş İran inqilabına ən gözəl əsərlərini həsr etmişdir.

    Yaradıcılığı

    Əsərləri


        * 1.Kasıblıq eyib deyil (2 pərdəli komediya). Bakı: 1912,

        * 2.Qərb günəşi (tərcümələr toplusu). Bakı: 1912,

        * 3.Neft fontanı (1 pərdəli komediya). Bakı: 1912,

        * 4.Azərbaycan dilinin 3 illik tədrisi üçün dərslik (Mahmudbəyovla şərikli). Bakı: 1912,


    Haqqında olan ədəbiyyat


        * 1.Abdulla Şaiq. Türk ədəbiyyatının müntəxabatı. Bakı: 1925,

        * 2.Quluzadə. Abbas Səhhət haqqında bir neçə söz. "Maarif İşçisi" jurnalı 6-7 (14-15)-ci saylar, Bakı: 1927.

        * 3.Abdulla Şaiq. Ədəbiyyatımız haqqında. "Maarif İşçisi" jurnalı 2-4 (14-15)-ci saylar, Bakı: 1927.


    Həmçinin Bax

    Kateqoriyalar: Azərbaycan şairləri | Azərbaycanlı şairlər | Azərbaycan yazıçıları | Azərbaycanlı yazıçılar | Azərbaycanlı tərcüməçilər | 1874-cü ildə doğulanlar | 1918-ci ildə vəfat edənlər

    Bölmə: Tanınmışlar | Yükləyib: Bakugan
    Baxış Sayı: 1342 | Yüklənib: 0 | Reytinq: 0.0/0
    Bütün şərhlər: 0
    Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilərlər
    [ Qeydiyyat | Giriş ]
    Sayta Giris

    Axtarış

    İstifadəçi Paneli


    Qarabağı Unutma!!

    Ana Yurdum
    Azərbaycanım

    Xocavənd - 08.02.1992
    Xocalı - 26.02.1992
    Şuşa - 09.05.1992
    Laçın - 17.05.1992
    Kəlbəcər - 06.04.1993
    Ağdərə - 17.06.1993
    Ağdam - 23.07.1993
    Cebrayıl - 18.08.1993
    Füzuli - 23.08.1993
    Qubadlı - 31.08.1993
    Zəngilan - 25.10.1993

    Teqlər

    Bizim Sorğu
    Saytımızda Ən Çox Nəyə Üstünlük Verirsiniz
    Bütün Səslər : 88

    Sayğaclar


    Ümumi onlayn: 1
    Qonaq: 1
    Istifadəçilər: 0







    iNet Rating - рейтинг интернет ресурсов Азербайджана

    Sizin Ip Adres

     3.14.83.223

    Əməliyyat Sistemi


    td style=

    By Ilkin Aliyev© 2024