Ç, 25.04.2018,
Bizi Nece Tapmısınız Qonaq | RSS
.......ANA....
........YURDUM...........
.......AZƏRBAYCAN.......

Bölmələr
Xəbərlər
Islam
Proqramlar
Mobil dünya
Oyunlar
Tema
Web Usta
Torrent
Dini
Azəri
RaP
Türk
Xarici
Sevgi
Maraqlı
Tanınmışlar
Lətifələr
Şəkillər
Video
İdman
Texnologiya
Sayt Xəbərləri

Zaycev.Fm

Reklam

Dost Saytlar
  • Farmakoloq.Tk
  • Islamqadini
  • Baykot İsrail
  • Dini Saytımız

  • UnitedAz Yükləmələri



    Oyun

    height=
    Əsas Səhifə » Fayl » Xəbərlər

    Qədr gecəsi
    29.08.2010, 21:13

    Ramazan ayının ilk QƏDR gecəsi.


    Bismilləhir Rahmənir Rahim.


    Hədislərə əsasən belə ehtimal edilir ki, "Ramazan ayının 18-dən 19-a keçən gecə, 20-dən 21-ə keçən gecə və 22-dən 23-ə" keçən gecələrindən biri Qədr gecəsidir, Miladi təqvimi ilə isə bu il "avqust ayının 29-dan 30-a keçən gecə, 31-dən 1-ə keçən gecə, 2-dən 3-ə keçən" gecələrdən biridir. Qədr gecəsi Qur’anın nazil olduğu gecədir. Belə ki, Allah-təala Qurani Kərimdə buyurur:

    "Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir!” (Qədr surəsi, ayə 3)


    QƏDR GECƏSİNİN ƏMƏLLƏRİ


    Əhya saxlayan şəxsə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir:

    1. Qüsl etmək. Qüsl edərkən belə niyyət etməlidir: "Əhya gecəsinin qüslünü edirəm qürbətən iləllah”. Bu qüslün böyük savabı vardır.

    2. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq desin: "İlahi, Sən bu gecə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram."

    3. Məscidə getmək. Məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir. Yəni: "Ey Allahım, bu gecə mən pis əməllər olan yerlərə gedə bilərdim, lakin mən Sənin razılığını qazanmaq üçün Sənin evinə gəlmişəm və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm."

    4. Qədr gecəsinin namazı. Qədr gecəsində qılınan namazın böyük şərafəti vardır. Qədr gecəsinin namazı şam və xiftən (işa) namazları ilə sübh namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin namazının qaydası belədir:

    Niyyət: "Qədr gecəsinin namazını qılıram qürbətən iləllah”. Sübh namazı kimi iki rükətlidir. Lakin hər həmd surəsindən sonra yeddi dəfə İxlas (Qul huvəllah) surəsi oxunulmalıdır. Namazı qurtardıqdan dərhal sonra alını səcdəyə qoyaraq (səcdə halında) yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh” deyilir.

    İmam Sadiq (a.s.) buyurur: "Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh” deyərsə, səcdədən qalxmamış Allah onun özünün və ata-anasının günahlarını bağışlayar”.

    5. Quranı başa qoyub, Allahın, peyğəmbərin və imamların adlarına and verməklə Allahdan günahlarının bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası Allahın insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq deməkdir. Yəni: "Ey Allahım, Sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam”.

    Həzrət Peyğəmbər (s) buyurur: "Hər kəs Quranı özünə rəhbər edərsə, Quran onu Cənnətə aparar. Hər kəs Quranı arxada qoyarsa və onu özünə rəhbər etməzsə, Quran onu Cəhənnəmə tərəf yönəldər”. (Yəni, hər kim Quranı oxuyub ona əməl edərsə və ona tabe olarsa, Quran onu Cənnətə aparıb çıxarar. Lakin Qurana tabe olmayan şəxs, Quran oxumağına baxmayaraq, Cəhənnəmə vasil olar.)

    Quranı başa qoyub Allaha və on dörd məsuma and verməyin mənası budur ki: "Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və Səndən öz istək və ehtiyaclarımı diləyirəm”.


    Quranı baş üzərinə qoyub dua etməyin qaydası belədir:

    Əvvəl Quranı açıb bu duanı oxumaq lazımdır:

    "Allahummə inni əs’əlukə bikitabikəl-munzəl. Və ma fihi və fihi ismukəl əkbər. Və əsmaukəl-husna. Və ma yuxafu və yurca ən təc’ələni min utəqaikə minən-nar. Allahummə bihəqqi hazəl-Qur’an və bihəqqi ən ərsəltəhu bih. Və bihəqqi kulli mu’minin mədəhtəhu fihi. Və bihəqqikə ələyhim fəla əhədə ə’rafu bihəqqi mink."

    Sonra Quranı baş üzərinə qoyub aşağıdakıların hərəsini on dəfə de:

    1. Bikə ya Allah (on dəfə)

    2. Bi Muhammədin (s) (on dəfə)

    3. Bi Əliyyin (ə) (on dəfə)

    4. Bi Fatimətə (s.ə.) (on dəfə)

    5. Bil Həsəni (ə.) (on dəfə)

    6. Bil Huseyni (ə.) (on dəfə)

    7. Bi Əli ibn Huseyn (ə.) (on dəfə)

    8. Bi Muhamməd ibn Əli (ə.) (on dəfə)

    9. Bi Cə’fər ibn Muhamməd (ə.) (on dəfə)

    10. Bi Musa ibn Cə’fər (ə.) (on dəfə)

    11. Bi Əli ibn Musa (ə.) (on dəfə)

    12. Bi Muhamməd ibn Əli (ə.) (on dəfə)

    13. Bi Əli ibn Muhamməd (ə.) (on dəfə)

    14. Bi Həsən ibn Əli (ə.) (on dəfə)

    15. Bil Hüccəti (ə.f.) (on dəfə)

    Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar qurtardıqdan sonra Allahdan günahların bağışlanması və diləklər istənilir. Çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur.

    6. İmam Əli (a.s.) və İmam Hüseyn (a.s.) ziyarətnaməsini oxumaq.

    7. 100 rükət (sübh namazı kimi) müstəhəbbi namaz qılmaq. (Boynunda qəza namazı olan şəxs 6 günlük qəza namazlarını da qıla bilər. Bunun savabı həm 100 rükətli müstəhəb namazın savabını ödəyər, həm də 6 günlük qəza namazını qılmış olar.)

    8. Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək. (Allahummə səlli əla Muhammədin və ali Muhamməd.)

    9. Cövşən-kəbir duasını oxumaq.

    10. Həzrət Əlinin (a.s.) qatilinə lənət oxumaq. Yüz dəfə "Allahumməl’ən qətələtə əmiril-mu’minin”. (Yəni: "İlahi, Əlinin (ə) qatillərinə lənət et”).

    11. Yüz dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh” demək və tövbə etmək. Bu əməlin mənası belədir: İnsan keçmişdə etdiyi günahlardan peşman olub gələcəyini abadlaşdırmaq üçün Allaha söz verir. Yəni: "Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam. Lakin bu gündən Sənin bütün əmrlərinə tabe olacaq və bir daha günah etməyəcəyəm"

    Bölmə: Xəbərlər | Yükləyib: Bakugan
    Baxış Sayı: 465 | Yüklənib: 0 | Şərh Sayı: 1 | Reytinq: 0.0/0
    Bütün şərhlər: 1
    1 Eli Asiqi   (29.08.2010 22:05)
    CoxSagol Qardas Hec bilmirdik Xebere Gore Tsk Allah razi olsun

    Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilərlər
    [ Qeydiyyat | Giriş ]
    Sayta Giris

    Axtarış

    İstifadəçi Paneli


    Qarabağı Unutma!!

    Ana Yurdum
    Azərbaycanım

    Xocavənd - 08.02.1992
    Xocalı - 26.02.1992
    Şuşa - 09.05.1992
    Laçın - 17.05.1992
    Kəlbəcər - 06.04.1993
    Ağdərə - 17.06.1993
    Ağdam - 23.07.1993
    Cebrayıl - 18.08.1993
    Füzuli - 23.08.1993
    Qubadlı - 31.08.1993
    Zəngilan - 25.10.1993

    Teqlər

    Bizim Sorğu
    Saytımızda Ən Çox Nəyə Üstünlük Verirsiniz
    Bütün Səslər : 88

    Sayğaclar


    Ümumi onlayn: 1
    Qonaq: 1
    Istifadəçilər: 0







    iNet Rating - рейтинг интернет ресурсов Азербайджана

    Sizin Ip Adres

     54.81.117.119

    Əməliyyat Sistemi


    td style=

    By Ilkin Aliyev© 2018