C, 29.03.2024,
Bizi Nece Tapmısınız Qonaq | RSS
.......ANA....
........YURDUM...........
.......AZƏRBAYCAN.......

Bölmələr
Xəbərlər
Islam
Proqramlar
Mobil dünya
Oyunlar
Tema
Web Usta
Torrent
Dini
Azəri
RaP
Türk
Xarici
Sevgi
Maraqlı
Tanınmışlar
Lətifələr
Şəkillər
Video
İdman
Texnologiya
Sayt Xəbərləri

Zaycev.Fm

Reklam

Dost Saytlar
  • Farmakoloq.Tk
  • Islamqadini
  • Baykot İsrail
  • Dini Saytımız

  • UnitedAz Yükləmələri



    Oyun

    height=
    Əsas Səhifə » Fayl » Xəbərlər

    "Külək Sürətli Olanda Bayraq Endirilməlidir "
    10.09.2010, 14:00


    Bunu sentyabrın 1-də Bakıda açılış mərasimi olan Azərbaycan bayrağının layihəsini hazırlayan "Trident Support” şirkətinin baş direktoru Devid Çambers AzərTAc-a müsahibəsində deyib. Onun sözlərinə görə, Bakıda ucaldılan bayraq dirəyi bu sahədə əvvəlki dünya rekordu (133 metr) ilə müqayisədə təxminən 30 metr və ya 22 faiz çoxdur:


    "Bu sahədə dünya rekordunun artması prosesi aşağıdakı ardıcıllıqla qeydə alınıb: Əbu-Dabidə 123 metr, Əmmanda 126 metr, yenə Əmmanda 132 metr, Aşqabadda 133 metr. Gördüyünüz kimi, hündürlükdə son fərq sadəcə olaraq çox böyükdür. Biz ilk növbədə Bakının küləklər şəhəri olması amilini nəzərə almışıq. Bununla əlaqədar, bayraq dirəyinin tikintisi ilə bağlı mühəndis hesablamalarında və araşdırmalarda ən yeni texnologiyalar tətbiq edilib. Bunun sayəsində bayraq dirəyi küləyin sürəti saatda 209 kilometr və ya saniyədə 58 metr olacağı hallar üçün davamlıdır”.


    Devid Çambers böyük bayraqlara qulluq edilməsi üzrə xüsusi tələblərdən də danışıb: "Bakıdakı Dövlət Bayrağı Meydanında asılan bayraq havada dalğalanan bütün bayraqlar arasında rekordçudur. Yəni bu, sadəcə böyük bayraq deyil, çox nəhəng bayraqdır. Bayraqlara dair tələblər məsələsinə gəldikdə isə, bayraqların hazırlanması üçün materialların iki tipi var - nisbətən yüngül və əlvan naylon və daha ağır, daha möhkəm poliester. Naylon bayraq sərt küləkli hava şəraitində istismara davam gətirmir, poliester bayraq isə sakit havada dalğalanmır. Buna görə də bayraq dirəklərinin operatorlarının sərəncamında həmişə istər naylon, istərsə də poliester materialdan hazırlanmış bir neçə bayraq dəsti olmalıdır. Biz Bakıdakı layihəni təhvil verərkən göstərmişik ki, güclü külək zamanı hər hansı materialdan olan bayraqları endirmək məsləhətdir. Bildiyiniz kimi, küləyin sürəti saniyədə 20 metr olduqda bu cür külək qasırğa hesab edilir. Bununla əlaqədar, dəniz səviyyəsində və 162 metr hündürlükdə küləyin sürəti arasındakı fərqi xüsusi qeyd etmək istərdim. Adətən, hündürlükdə küləyin sürəti saniyədə 6-8 metr çox olur. Beləliklə, küləyin sürəti saniyədə 20 metrdən çox olduqda bayraq endirilməlidir. Bu, dünyada istifadə edilən bütün bayraqlar üçün tamamilə normal haldır. Yalnız bu yolla hər bir bayrağın uzunömürlü olmasını təmin etmək mümkündür”.


    Qeyd edək ki, Dövlət Bayrağı Meydanındakı Azərbaycan bayrağı 162 metr hündürlüyündə bayraq dirəyi üzərində dalğalanır. Bu, dünyada ən uca bayraq dirəyidir. 2010-cu il mayın 29-da "Ginnesin rekordlar kitabı” təşkilatı Azərbaycan Dövlət Bayrağının dirəyinin dünyada ən uca bayraq dirəyi olmasını təsdiqləyib. Amerikanın "Trident Support” şirkəti tərəfindən işlənib hazırlanmış layihəni Azərbaycanın "Azenko” şirkəti həyata keçirib.


    Bölmə: Xəbərlər | Yükləyib: Dark_LoVe
    Baxış Sayı: 1306 | Yüklənib: 0 | Reytinq: 0.0/0
    Bütün şərhlər: 0
    Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilərlər
    [ Qeydiyyat | Giriş ]
    Sayta Giris

    Axtarış

    İstifadəçi Paneli


    Qarabağı Unutma!!

    Ana Yurdum
    Azərbaycanım

    Xocavənd - 08.02.1992
    Xocalı - 26.02.1992
    Şuşa - 09.05.1992
    Laçın - 17.05.1992
    Kəlbəcər - 06.04.1993
    Ağdərə - 17.06.1993
    Ağdam - 23.07.1993
    Cebrayıl - 18.08.1993
    Füzuli - 23.08.1993
    Qubadlı - 31.08.1993
    Zəngilan - 25.10.1993

    Teqlər

    Bizim Sorğu
    Saytımızda Ən Çox Nəyə Üstünlük Verirsiniz
    Bütün Səslər : 88

    Sayğaclar


    Ümumi onlayn: 1
    Qonaq: 1
    Istifadəçilər: 0







    iNet Rating - рейтинг интернет ресурсов Азербайджана

    Sizin Ip Adres

     3.235.22.225

    Əməliyyat Sistemi


    td style=

    By Ilkin Aliyev© 2024