Övladını atıb gedən valideynin günahı nə qədərdir? Allah onu
bağışlayarmı?
Övladı atmaq böyük günahlardandır. Qurana görə, kafir
və münafiqlər (ikiüzlülər) bagışlanmayan şəxslərdir. Onlardan savayı
kimlərin bağışlanıb-bağışlanmayacaqları Allahın istək və iradəsindən
asılıdır.
Tarix kitablarında Peyğəmbərimizin (s.ə.s) həyatı ilə
bağlı göstərilən illər doğrudurmu?
Bəli, tarix kitablarında
Peyğəmbərin (s.ə.s) həyatı barədə qeyd olunan tarixlər bir qədər
fərqlidir, lakin sizə mötəbər kitabları mütaliə etməyi tövsiyə edirik.
Zəkatı necə vermək olar?
9 şeyin zəkatı verilir. 3
heyvana (dəvə, inək və qoyun), 4 bitkiyə (arpa, buğda, kişmiş və xurma)
və iki metala (qızıl və gümüş). Onların hər birinin zəkatı özünəməxsus
miqdara çatdıqdan sonra verilir. Bu barədə şəriət kitablarında ətraflı
məlumat verilir.
Eyni vaxtda iki qüsl almaq olar?
Bəli,
eyni vaxtda iki qüslün niyyətini edib almaq olar.
Dinimizdə
ətirlə bağlı məhdudiyyət qoyulub?
Ətir vurmaq müstəhəb (bəyənilən)
əməllərdəndir. Sadəcə olaraq, çalışın həddən artıq cəlbedici ətirlərdən
istifadə edərək başqalarının diqqətiini özünüzə cəlb etməyəsiniz.
Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilərlər [ Qeydiyyat | Giriş ]
Sayta Giris
Axtarış
İstifadəçi Paneli
Qarabağı Unutma!!
Ana Yurdum Azərbaycanım
Xocavənd - 08.02.1992 Xocalı - 26.02.1992 Şuşa - 09.05.1992 Laçın - 17.05.1992 Kəlbəcər - 06.04.1993 Ağdərə - 17.06.1993 Ağdam - 23.07.1993 Cebrayıl - 18.08.1993 Füzuli - 23.08.1993 Qubadlı - 31.08.1993 Zəngilan - 25.10.1993