B, 19.08.2018,
Bizi Nece Tapmısınız Qonaq | RSS
[ Yeni Mesaj · İstifadəçilər · Forum Qaydaları · Online · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » UnitedAz FoRum » Azərbaycan » Bir gül və Vətən (Vətən anadır, atadır, hər şeydir. Bizlər bu torpaqlara ayaq.)
Bir gül və Vətən
Dark_LoVeTarix: Ç, 01.09.2010, 11:34 | Məlumat # 1
Şəxsi
Qruplar: Admin
Poçtlar: 6
Reputasiya: 0
Status: Sönülü
Bir gül və vətən
Vətən hissi-ümumiliklə bu hərkəsdə olan bir hissdir. Vətən anadır, atadır, hər şeydir. Bizlər bu torpaqlara ayaq basırıqsa ona borcluyuq. Şəxsən mən vətəndən çox uzaqlardayam. Hərkəs vətənini sevir amma vətəndən uzaqda olduğunda onu bir başqa sevirsən, ona aşiq olursan.
Vətənpərvər dediyində mən heçnəyi düşünmürəm torpaqda bitən bir gülü düşünürəm o gül mənim vətənimdə bitir. O torpağa necə möhtacdırsa məndə ona elə möhtacam. Vətənində insan yaşamalıdı ordada ölməlidi. Nə edək fələk bizi yad ellərdə yaşadır. İnşallah vətəndə öldürər.
Həqiqətən də insan azad deyil heç bir zaman sadəcə vətənində özünü təhlükəsiz hiss edir. Mən yad ellərdə böyüyürəm ancaq vətən sevgisindən uzaqlaşmadan, çünki kim olduğumu hardan gəldiyimi çox gözəl bilirəm.
Vətən borcumu yerinə yeryetirməmişəm qüsurluyam. Anadangəlmə gözlərim zəyif görür. Kamisiyadan keçəndə müalicəyə ehtiyac olduğunu dedilər və getdim dedilər sen yararsızsan UTANDIM. Amma əsla başımı aşagı salmadım çünki o gül hələdə ağlımdadı. Axı onun başı mavi səmaya baxır. Mən başımı necə əyə bilərəm ki. Əysəm onda özümü borclu hiss edərəm və həqiqətən də vətənə yararsız bir şəxsiyyət olaram.
Beş il keçdi indi müasir texnikanın inkişafı sayəsində lazer əməliyatı olacam baxmayaraq ki 23 yaşım var borcumu yerinə yetirəcəm. Biraz çətin olacaq amma edəcəm. Sözün düzü valideyinlərim buna qarşıdı. Amma mən söz vermişəm. Sözümün üstündə durmaq fərz olsun mənə.
İnşallah məndə borcumu yetirərəm. Əgər yetirsəm söz vermişəm ki bir gül əkəcəm vətənimdə.
 
Forum » UnitedAz FoRum » Azərbaycan » Bir gül və Vətən (Vətən anadır, atadır, hər şeydir. Bizlər bu torpaqlara ayaq.)
  • Страница 1 из 1
  • 1
Поиск:


By Ilkin Aliyev© 2018