Ç, 15.05.2024,
Bizi Nece Tapmısınız Qonaq | RSS
.......ANA....
........YURDUM...........
.......AZƏRBAYCAN.......

Bölmələr
Xəbərlər
Islam
Proqramlar
Mobil dünya
Oyunlar
Tema
Web Usta
Torrent
Dini
Azəri
RaP
Türk
Xarici
Sevgi
Maraqlı
Tanınmışlar
Lətifələr
Şəkillər
Video
İdman
Texnologiya
Sayt Xəbərləri

Zaycev.Fm

Reklam

Dost Saytlar
  • Farmakoloq.Tk
  • Islamqadini
  • Baykot İsrail
  • Dini Saytımız

  • UnitedAz Yükləmələri



    Oyun

    height=
    Əsas Səhifə » Fayl » Islam

    Allahım, Səni çox sevirəm
    30.04.2010, 17:35

    Dedim: Çox tənhayam.


    Dedin: Mən ki sənə çox yaxınam. (Bəqərə,186)


    Dedim: Bəli bilirəm Sən mənə yaxınsan, amma mən Səndən uzağam, kaş ki mən də Sənə yaxın ola bilsə idim.


    Dedin: Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et. (Əraf, 205)


    Dedim: Bu da Sənin köməyini istəyər.


    Dedin: Allahın sizi bağışlamasını istəməzsinizmi? (Nur, 22)


    Dedim: Əlbəttə ki, məni bağışlamağını çox istəyirəm.


    Dedin: ِ(Elə isə) Rəbbinizdən bağışlanmağınızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir! (Hud, 90)


    Dedim: Çox günahkaram, bu qədər günahla mən nə edim?


    Dedin: Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar. Və Allah tövbələri qəbul edəndir, rəhmlidir?! (Tövbə, 104)


    Dedim: Dəfələrlə tövbə edib tövbəmi pozdum, artıq üzüm qalmadı.


    Dedin: Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (Allahdandır)! Ondan başqa heç bir tanrı yoxdur. (Ğafir, 3)


    Dedim: Bu qədər günahım var, hansının tövbəsini edim?!


    Dedin: Allah bütün günahları bağışlayandır. (Zumər, 53)


    Dedim: Yəni yenə gəlsəm, yenə məni bağışlayarsanmı?


    Dedin: Axı günahları Allahdan başqa kim bağışlaya bilər? (Ali-İmran, 135)


    Dedim: Nə qədər gözəlsən, Allahım! Bilmirəm bu sözlərin qarşısında nə üçün içim-içimə sığmır və şam kimi yanmağa başlayıram, Səni çox sevirəm.


    Dedin: Şübhəsiz ki, Allah tövbə edənləri və təmizlənənləri sevir.


    Birdən: "İlahım və Rəbbim, mənim Səndən başqa kimim var”, -dedim.


    Sən də: "Allah Öz bəndəsinə kifayət deyilmi?” (Zumər, 36) dedin.


    Dedim: Sən ki məni bu qədər çox sevirsən və mənə qarşı bu qədər həlimsən mən nə edə bilərəm?


    Dedin
    : Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin! (Sübh, günorta, ikindi, axşam və gecə namazlarını qılın!). Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. (Və ya: mələkləri də Ondan sizin bağışlanmağınızı dilərlər!). Allah möminlərə rəhm edəndir! (Əhzab, 41-43)


    Bölmə: Islam | Yükləyib: ilkin66
    Baxış Sayı: 947 | Yüklənib: 0 | Reytinq: 0.0/0
    Bütün şərhlər: 0
    Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilərlər
    [ Qeydiyyat | Giriş ]
    Sayta Giris

    Axtarış

    İstifadəçi Paneli


    Qarabağı Unutma!!

    Ana Yurdum
    Azərbaycanım

    Xocavənd - 08.02.1992
    Xocalı - 26.02.1992
    Şuşa - 09.05.1992
    Laçın - 17.05.1992
    Kəlbəcər - 06.04.1993
    Ağdərə - 17.06.1993
    Ağdam - 23.07.1993
    Cebrayıl - 18.08.1993
    Füzuli - 23.08.1993
    Qubadlı - 31.08.1993
    Zəngilan - 25.10.1993

    Teqlər

    Bizim Sorğu
    Saytımızda Ən Çox Nəyə Üstünlük Verirsiniz
    Bütün Səslər : 88

    Sayğaclar


    Ümumi onlayn: 1
    Qonaq: 1
    Istifadəçilər: 0







    iNet Rating - рейтинг интернет ресурсов Азербайджана

    Sizin Ip Adres

     3.144.39.93

    Əməliyyat Sistemi


    td style=

    By Ilkin Aliyev© 2024