Bu
kiçik yazıda hədislərin dinin tək qaynağı olan Quranla necə ziddiyət
təşkil etməsini görəcəyik.Yəni edilən yanlışların nəticəsini görüb
dinin tək qaynağı olan Qurana dönmənin önəmini qavrayacayıq.Quran ilə
ziddiyət təşkil edən hədisləri göstərmək üçün meqalemizde verdiyimiz
hedisleri ən məşhur hədis kitablarından seçməyi qərara aldıq.Daha zəif
hədis kitablarını isə sizin öhdənizə buraxırıq.Quran ilə ziddiyət
təşkil edən hədislərin mövcud olması bütün hədislərin dogrulugunu
shubhe altina almamiz ve Qurana sarılıb dini yenidən doğru-dürüst
qavramağımız üçün yetərlidir.Quranla ziddiyət təşkil edən minlərcə
səhih hesab edilən hədis vardır.Biz bu yazıda 10 hədisi örnək verməyi
yetərli hesab edirik.
Biz Quranın Allahın sözü
olduğunu haradan bilirik? Kimsə Quranda belə ayələr var deyə bilər.
Onda biri Allaha iftira olaraq başqa bir kitabı göstərərək bu da Allah
qatındandır desə necə cavab verə bilərik? Ona görə də biz Quranın
Allahın sözü olduğunu ancaq oxuyub,incəliyib,ayələrini düşünərək
dəyərləndirib iddia edə bilərik. Eyni məntiqlə hədisləri də incələsək
Allaha məxsus olan dinin qaynağı olub-olmadığını görə bilərik. Necə ki,
Quranın dinin qaynağı olub-olmadığını bilmək üçün Quranın incələnməsi
lazımdırsa, hədislərin də dinin qaynağı olub olmadığıni bilmek ancaq bu
yolla mümkündür. Hansısa mötəbər (kimlərinsə В"inkarı mümkünsüzВ”
adlandırdığı mötəbər) mənbələrdən gəldiyinə görə yox.
Bu
yazıda hədisçilərin rədd etdiyi,yalan adlandırdıqları hədislərdən örnək
vermədik. Məsələn: В”Allah mələkləri qollarının və sinəsinin
tüklərindən yaratdıВ”, В”Allahın gözleri xəstələndi. Mələklər ziyarətə
gəldiВ”,В”Allahı yuxuda gördüm. Uzun saçlı gözəl bir gənc
surətindəydiВ”.
Lakin biz ən məşhur,ən səhih,ən güvənilən
hədis kitablarındakı hədisləri görüncə,bu kitablarda doğru ilə yalanın
ayırd edilməyəcək dərəcədə qarışdığını,hədis toplayarkən edilən doğru
ilə yalanı ayırd etmə cəhdlərinin bir işə yaramayacağını
anlayacayıq.Quran əkshiksiz,yetərli və bütün təfərrüatları özündə əks
etdirən bir kitab olduğuna görə belə cəhdlərə əslində ehtiyac da yoxdur.
Onlar Quran barəsində düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar.
4.NİSA-82
Şübhəsiz ki, Zikri(Xatırladıcını) Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!В”
15.HİCR-9
Nisa
surəsindəki ayədə dinimizin qaynağının ziddiyətsiz olduğunu
görürük.Allah Quranın ziddiyətsiz olduğunu bildirərək həm Quranın
doğruluğunu,həm də dinin qaynağının sahib olduğu özəlliyi bizə
öyrədir.Quranla,bir-birləri ilə,məntiqlə ziddiyət təşkil edən
hədislərin mövcudluğu,onların Allah qatından olmadığının və dinin
qaynağı hesab oluna bilinməyəcəyinin isbatıdır.Hicr surəsindəki ayədən
isə Quranın qorunduğunu və beləcə dini qaynaq olaraq qorunmuş bir
kitaba sahib olduğumuzu anlayırıq.Amma hədis-məzhəb kitablarının
qorunduğuna Allah bizə təminat vermir.Aşağıda verəcəyimiz örnəklərdən
sonra əkshiksiz,ziddiyətsiz və qorunan,dinimizin tək qaynağı olan
Qurana və yalnız Qurana qayıtmağın vacibliyini daha gözəl anlayacayıq.
1.ALLAHIN BALDIRI OLURMU?
QURAN: Ona bənzər heç bir şey yoxdur.
42.ŞURA-11
HƏDİS: Allah axirətdə Peyğəmbərlərə kimliyini göstərmək üçün ayağını açıb baldırını göstərəcəkdir.
Müslim- İman302,Buxari 97/24,10/29, Hənbəl 3/1
Bu
hədisin hansı kitablarda keçdiyinə diqqət edin.Hədis kitablarının sözdə
ən doğrusu olaraq göstərilən,bir hədisini belə inkar edənin kafir
olacağı söylənilən Müslim və Buxaridə.Hədisçilərin məntiqinə görə bu
hədisi inkar edən kafir,inanan isə əsl müsəlman olacaqdır.Allaha heç
bir şeyin bənzəmədiyini bildirən ayəyə zidd olaraq,özündə heç bir
məcazi mənanı əks etdirmədən Allahın baldırı olduğunu və axirətdə
baldırını göstərəcəyini söyləməyin boş bir şey olduğunu uzun-uzun
anlatmağa ehtiyac varmı?
2.ALLAH ƏLLƏ GÖRÜŞÜRMÜ?
Quran: Onun heç bir tayı-bərabəri də yoxdur!
112.İXLAS-4
Hədis:Allah mənimlə əllə görüşdü. Əlini 2 ovcumun arasına qoydu.Barmaqlarının soyuqluğunu hiss elədim.
Hənbəl-5 /243
Yenə
bu hədisdə də heç bir məcazi məna işlədilməyərək,Allahın
barmaqları,barmaqlarında soyuqluq var kimi sözlərlə Allah
şəkilləndirilir.Əgər hədisdəki əl ifadəsi məcazi mənada işlənsəydi
qəbul edilə bilərdi.MəsələnВ”Hər şey Allahın əlindədirВ” dedikdə hər
şeyin Allahın əmrində,kontrolunda olduğunu başa düşürük.Bu hədisde isə
heç bir məcazi mənaya rast gəlmirik.İndi düşünün.Bu hədisləri din qəbul
edən hədisçilər,məzhəbçilərmi əsl müsəlmandı,yoxsa bu hədislərdəki
yanlışlıqları görüb Quranı din adına yetərli görən Quran müsəlmanlarımı?
3.DİNİNİ DƏYİŞDİRƏN ÖLDÜRÜLSÜNMÜ?
Quran: Dində məcburiyyət yoxdur.
2-BƏQƏRƏ-256
Hədis:Dinini dəyişdirəni öldürün.
Nəsai 7-8/14,Buhari 12/1883
Allahın
hökmünü hədislə aşmağa,Allahın dinini öz ağıllarına görə uydurmağa
çalışanların bu uydurmasına görə çox kəllələr kəsilmişdir.Radikal dini
təşkilatların həyata keçirtdiyi qətllərə bu təşkilatlar bu kimi
hədislərlə ad verməkdədirlər.
4.ÖLÜNÜN GÜNAHI NƏDİR?
Quran: Heç bir günahkar başqasının günahına yüklənməz!
53.NƏCM-38
Hədis: Ölü ailəsinin onun üçün ağlamasından dolayı əzaba uğradılır.
Buxari-K. Cemiz 32,33,34
Nə ağla, nə də Quranın məntiqinə uymayan bu hədis də uydurmaçılığın Quran və ağılla ziddiyətlərinə örnəkdir.
5- NƏDİR BU QADIN DÜŞMƏNÇİLİYİ?
Quran: İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram.Hamınız bir-birinizdənsiniz.
3.ALİ_İMRAN-195
Hədis: Qadınlar arasında ən yaxşı qadın,yüz qarğa arasında alaca bir qarğa kimidir.
Buxari 9/1391
Quran
xeyir işlər görən kişinin də, qadının da önünü açıq tutmuşkən, hədislər
qadının önünü bağlamaqdadır.Qadın mövzusu peyğəmbərə iftira olaraq
uydurulan hədislərin ən çox olduğu mövzulardandır.
6.ZALİM KİMDİR?
Quran: Zalımlar dedilər: В"Siz ancaq ovsunlanmış bir adama tabe olursunuz!
25.FURQAN-8
Hədis:Peyğəmbər Mədinədə bir yəhudi tərəfində ovsunlandı. Günlərcə nə etdiyini bilmədən ortalıqda gəzdi.
Buxari 76 /47 ,Hənbəl 6/57 ,4/367
Məhəmməd
Abduh və Mötəzilənin bu hədisə etirazlarına baxmayaraq bir çox
hədisçilər,o cümlədən Buxari,Müslim,İbn teymiyyə,İbn kesir kimi alimlər
səhih hesab etmişlər.Qurana görə isə peyğəmbərin ovsunlandığını
söyləyənlər zalımlardır.Ən güvənilir hədis alimlərinin çoxu isə
peyğəmbərin ovsunlandığını təsdiq edirlər.İndi məntiqlə düşünün və
zalımın kim olduğunu siz deyin görək.
7.MİRASDA VƏSİYYƏT VARMI?
Quran:
Ey iman gətirənlər! Sizlərdən hər hansı birinizi ölüm haqladıqda
vəsiyyət vaxtı aranızdan iki ədalətli şəxsi, səfərdə olduğunuz zaman
başınıza ölüm müsibəti gəldik
də isə özünüzdən olmayan iki nəfəri şahid tutun.
5.MAİDƏ-106
Hədis: Varis üçün vəsiyyət yoxdur.
Hənbəl 14/238
Quranda
həm Maidə surəsindəki bu ayədə,həm də başqa bir neçə ayədə vəsiyyət
haqda bildirilir.Vəsiyyətdən artıq qalanlar Quranda əmr olunan şəkildə
paylanılır.Vəsiyyətin hökmünü aradan qaldıran bu hədis Quranın bir neçə
ayəsinin hökmünü aradan qaldırmış olur.
8.ƏN BÖYÜK ƏZAB RƏSSAMLARAMI?
Quran: Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Onlara yardım edən de tapmazsan!
4-145
Hədis: Cəhənnəmdə ən ağır əzaba uğradılacaq insanlar rəssamlardır.
Buxari- təsavir 89
Qurana
görə məhz munafiqlerin yeri Cehennemin ən ashagi tebeqesindedir.
Quranin hec bir ayesinde ise ressamligin gunah olmasina dair delil
yoxdur. Göründüyü kimi bu hədis Quranla açıq-aşkar ziddiyət təşkil edir.
9.QIZIL TAXMAQ, İPƏK GEYİNMƏK OLARMI?
Quran:
De: В"Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim
haram buyurmuşdur?В” De: В"Bunlar dünyada iman gətirənlər
üçündür,qiyamət günündə isə yalnız möminlərə məxsusdurВ”
7.ƏRAF-32
Hədis:Qızıl və ipək ümmətimin qadınlarına halal, kişilərinə isə haramdır.
Müslim 2/16
Qızıl
və ipək həm qadın, həm də kişi üçün bəzək əşyasıdır. Quranda heç bir
ayədə haram edilməmişdir. Müslim bu hədislə Quranda olmayan bir qadağa
qoyur.
10.ZƏLZƏLƏLƏRİN SƏBƏBİ OLAN BALIĞIN CİNSİ NƏDİR?
Quran: Bundan sonra yeri yumurta biçimində düzəltdi.
79.NAZİAT-30.
Hədis: Dünya balığın üzərindədir. Balıq başını tərpədəndə dünyada zəlzələlər olur.
İbn Kəsirin Təfsiri 2/29 68/1
Quran
möcizevi bir şəkildə Yerin yumurta biçimində ellipsoid olduğunu
açıqlamışkən bu kimi xurafatlarla dolu hədislər həm Quranla, həm elmlə,
həm də məntiqlə ziddiyət təşkil edirlər. Dünyanı balığın üzərinə
yerləşdirən, zəlzələləri balığın tərpənməsinə bağlayan bu insanlardan
soruşmaq istiyirik. Bu balıq cinsi,növü hansıdır? Xahiş edirik daha bir
hədis tapıb bizə izah edin.
Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilərlər [ Qeydiyyat | Giriş ]
Sayta Giris
Axtarış
İstifadəçi Paneli
Qarabağı Unutma!!
Ana Yurdum Azərbaycanım
Xocavənd - 08.02.1992 Xocalı - 26.02.1992 Şuşa - 09.05.1992 Laçın - 17.05.1992 Kəlbəcər - 06.04.1993 Ağdərə - 17.06.1993 Ağdam - 23.07.1993 Cebrayıl - 18.08.1993 Füzuli - 23.08.1993 Qubadlı - 31.08.1993 Zəngilan - 25.10.1993