Bir ildir heç danışmadığı
arvadından ayrılmaq istəyən adama Hakim soruşar:
"Niyə bu bir il boyunca
yoldaşına heç bir şey söyləmədin? Tək bir söz etməmisən…"
Adam bir az əzik cavab verər:
Sözünü kəsmək istəmədim Hakim
Bəy..."
Elm adamları 3 siçan üstündə 3
ölkənin içkilərinin təsirini test edirlərmiş. Fransız şərabı İngilis viskisi və
Azərbaycan arağı.
Fransız şərabını içən 1ci siçan
küt deyə düşüb huşunu itirmiş.
İngilis viskisini içən 2ci
siçan da küt deyə düşüb huşunu itirmiş.
Sonuncu siçana Azərbaycan arağı
içirmişlər siçan bir az yelləndikdən sonra dilə gəlib qışqırmış:
"Heeeyt gətirin o pişiyi
yeyəcəm"
Adam qorxunc bir qəzada
qulaqlarının ikisini birdən itirmişdir.
Bu alışılmadıq vəziyyət onu
olduqca həssas və küsəyən bir adam etmişdir.
Qəza nəticəsi sığorta
şirkətindən götürdüyü rekord təzminat ağrısını olduqca yüngülləşdirmiş və ona
hər vaxt xəyalini qurduğu işini qurma şansını vermişdir.
İnkişaf etməkdə olan kiçik bir
kompüter şirkətini satın alar.
Ancaq heç idarəçilik təcrübəsi
olmadığını görər və birini işə götürməyə qərar verər.
Üç dənə namizəd seçər və hər
biriylə tək-tək görüşər.
ilk namizəd olduqca yaxşıdır və
adam onu sevməyə başlar.
deyərkən namizədə soruşar
- Məndə alışılmadıq bir şey
görürsənm?
adam cavablar
- əgər onu nəzərdə tutursunuzsa
qulaqlarınız yox.
adam kədərlənər və dərhal
namizədi otaqdan qovar. ikinci namizəd birincidən də yaxşıdır. danışmanın davamında
adam eyni sualı ona da soruşar
- məndə alışılmadıq bir şey
görürsənmü?
- bəli. qulaqlarınız yox!
adam kədərli və hirsli halda
onu çölə çıxarar.
deyərkən sıra üçüncü namizədə
gəlir. üçüncü
hamısından da yaxşıdır. bütün
suallara mükəmməl cavablar verər. adam həyəcanla soruşar
- məndə alışılmadıq bir şey
görürsənmü?
- bəli lens istifadə edirsiniz.
- adam yaxşıca həyəcanlanmışdır
- çox yaxşı! bu sənin ağıllı
biri oldugunu göstərər necə anladın?
- Çox sadə qulaqların olsaydı
eynək taxardın!
Biz kasıb bir ailəyik. Evimizdə
tv olmadığı üçün kinoya gedər elektrik olmadığı üçün günəş enerjisiylə yuyunar
su olmadığı üçün hazır su alarıq. Anam biz onlar kimi kasıb olmayaq deyə qızıl
yığır. Evdə pomidor xiyar bibər olmadığı üçün hər gün restoranda yemək yeyirik.
Yatağımız yox deyə oteldə yatır, saatımız yox deyə nokia n95 istifadə
edirik.Kasıblıq çətin iş yaşamağa çalışırıq.
Qızdırmalı bir kənd uşağı
şəhərin ən böyük marketində işə müraciət edər. Dünyanın ən böyük bazar
mərkəzində hər şey amma hər şey vardır. Müdir uşağı sınağa qərar verər:
-Yaxşı sabah işə başlayırsan
deyər. Sabah axşam da ilk günü qiymətləndirərik.
Ertəsi axşam müdir uşağı
qarşısına alar.
-Bəli bu gün neçə satdın?
-Bir
-Nə birmi? Digərləri 20-30
satdılar. Yaxşı neçə dollar tutdu satışın? 10mu 20mi?
-3291 dollar.
Müdir çaşar.
-Necə yəni?
-Adama əvvəlcə kiçik boy bir
qarmaq satdım. Sonra orta boy daha sonra da böyük bir qarmaq satdım. Adama
harada balıq tutacağını soruşdum. Sahildə dəyincə bir gəmiyə ehtiyacı olduğunu
söylədim. Gəmi hissəsinə getdik və cüt motorlu yelkənli lüks bir yat satdım.
Wolkswagen ilə bunu çəkə bilməyəcəyini söyləyincə son model 4x4 bir jip satdım.
Müdir özündən keçər:
-Necə yəni? Bütün bunları bir
kiçik qarmaq almaq istəyən adamamı satdın?
Gənc uşaq cavab verər:
- Xeyr. əslində arvadı üçün
qadın paltarı almaq istəmişdi. Mən də ona belə dedim: Həftə sonunuz məhv
olmasın ən yaxşısı balığa gedin.
Məntiq və Hüquq' dərsindən keçə
bilməyən şagird professorun otağına getmiş və aralarında belə bir danışma
keçmiş:
Şagird: Mövzunu həqiqətən
bilirsinizmi?
Professor: Əlbəttə! Yoxsa
professor olmazdım!
Şagird: Yaxşı o halda sizə bir
sual soruşacağam. Doğru cavabı versəniz gedəcəm amma bilə bilməsəniz mənə 'A'
verəcəksiniz.
Professor: Razılaşdıq soruş
baxaq!
Şagird: Qanuni olan amma
məntiqli olmayan məntiqli olan amma qanuni olmayan və həm məntiqsiz həm də
qanuni olmayan şey nədir?
Uzun uzun düşünməsinə
baxmayaraq professor problemin cavabını bilməmiş və şagirdin imtahan
kağızındakı qeydi 'A' olaraq düzəltmiş.
Professor: Sən qazandın yaxşı
problemin cavabı nə idi?
Şagird: 63 yaşındasınız amma
yoldaşınız 30 yaşında qanuni amma məntiqli deyil! Yoldaşınızın 25 yaşında bir
sevgilisi var məntiqli amma qanuni deyil! Və də yoldaşınızın sevgilisinin
imtahanı keçməməsi lazım olarkən ona 'A' verməniz həm məntiqsiz həm də qanuni
deyil!
Qiyamət günü gəlmiş və bütün
yaxşı qadınlar və kişilər Cənnətin qapısında toplanmışlar. Qapıdakı mələk
gəlmiş və belə demiş:
"İndi kişilər iki sıra
olacaqlar arvadlarına söz keçirib onları idarə edən kişilər bir sıra
arvadlarının sözünü dinləyən kişilər də başqa bir sıra"
Bir az sonra mələk kişilərin
sıraya girib girmədiklərinə baxmaq üçün geri gəlmiş. Bir də nə görsün:
Arvadlarının sözünü dinləyən kişilərin sırası 100 km. o biri sırada isə yalnız
bir dənə adam dayanır. Mələk hirslənmiş.
" Siz kişilər utanın
halınızdan Allah sizi öz nəfəsinizdən yaratdı amma bu adam xaric hamınız belə
çıxdınız! Heç olmasa bu adamdan dərs alın sən bunu necə bacardın dostum?"
Adam sakit cavab vermiş.
"Bilməəəəm arvadım burada
gözləməmi söylədi"