Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (adətən Böyük Britaniya və ya sadəcə Britaniya kimi qısa formalarda işlədilir) - şimali-qərbi Avropa dövlətidir.
Dövlətin tərkibinə Böyük Britaniya adası, İrlandiya adasının şimal-şərq hissəsi və çoxsaylı kiçik adalar daxildir. Kontinental Avropaya (Fransa vasitəsilə) La Manş kanalı ilə birləşir.
Böyük Britaniya tərkibində dörd dövlət - İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Dövlətin hazırkı monarxı II Yelizavetadır. Kraliça dünyaya səpələnmiş 17 müstəqil dövlətin də başçısıdır. Bunlar bir vaxtlar yer səthinin 1/4-ni zəbt etmiş Britaniya İmperıyasından qalma ərazilərdir.
Britaniya İmperiyası bir vaxtlar dünyanın yeganə supergücü sayılırdı. Lakin ardıcıl dünya muharibələri və XX əsrin ikinci yarısından imperiayada başlayan tənəzzül prosesi onun süqutuna gətirib çıxardı. Bununla belə Britaniya müasir dünyanın əhəmiyyətli siyasi, mədəni, iqtisadi nüvə-hərbi gücü kimi qalmaqdadır. Britaniya Birləşmiş Millətlər Təşkilatı yanında Təhlükəsizlik Şurasının daimi üzvü, Böyük Səkkizlərin və Avropa Birliyinin, Britaniya Millətlər Birliyinin üzv dövləti və İkinci Dünya Müharibəsinin keçmiş 8 qalib dövlətlərindən biridir.
Mədəniyyət Keçən əsrin 60-cı illərində "Bitlz" və "Rollinq stounz"un populyarlığının çiçəklənməsindən bu günə kimi Böyük Britaniya gənc mədəniyyətinin avanqardı olaraq qalır. Ölkənin Uilyam Şekspir və şotland Robert Berns, uelsli Dilan Tomas və şimali irlandiyalı Şeymas Xini də daxil olmaqla, zəngin ədəbiyyat irsi var. Barokko dövrü ndən, Henri Perselladan XX əsrdə Benjamin Brittenə qədər, dünyaya klassik bəstəkarlar verən milli musiqi qədim köklərə malikdir. Böyük Britaniya və Azərbaycan münasibətləri Diplomatik münasibətlər Sovet İttifaqı dağıldıqdan sonra Böyük Britaniya Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabr ayında tanıdı və Azərbaycanın Avropada Əməkdaşlıq və Təhlükəsizlik Konfransında (hazırda Təşkilat adlanır) iştirakını dəstəklədi. İki ölkə arasında diplomatik əlaqələr parlamentin üzvü, Britaniya Xarici İşlər Nazirliyinin Dövlət Naziri Hon Duqlas Hoqqun 1992-ci ilin mart ayında Bakıya səfərindən sonra yenidən quruldu. Bakıda kiçik ofislə kifayətlənməli olan Ser Brayn Fol Britaniyanın Azərbaycandakı ilk səfiri olmuşdur. 1993-cu ildə təyin edilən Tom Yan isə Britaniyanın Azərbaycanda daimi nümayəndəliyində ilk səfir olmuşdur. Səfirlik 2003-cü ilin may ayından Landmark 2 ünvanında yerləşir. Azərbaycanın Böyük Britaniyadakı səfirliyi 1994-cü ilin yanvar ayında açılıb. Mədəni əlaqələr Birləşmiş Krallığın adından Bakıdakı Britaniya Şurası Azərbaycanın silahlı qüvvələrinə ingilis dilinin tədrisi üçün NATO ilə sıx əməkdaşlıq çərçivəsində sülhməramli ingilis dili layihələrini, həmçinin Azəbaycanlı gənc mütəxəssislərə Britaniyada təhsillərini davam etdirmək məqsədi ilə Çivininq təqaud proqramını həyata keçirir.Britaniya Şurası Bakıda 1993-cü ildən fəaliyyət göstərir. 1994-cü ilin fevral ayında sabiq Prezident Heydər Əliyevin Londona səfəri çərçivəsində iki ölkə arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanmışdır. Britaniya Şurasının məqsədi islahatlarda Britaniyanın rolunu önə çəkmək, ingilis dilinin tədrisini və istifadə olunmasını genişləndirmək, mədəniyyət və incəsənət vasitəsiylə Britaniya yaradıcılığını və fərqliliyini nümayiş etdirmək və Britaniya təhsil təcrübəsini təbliğ etməkdir. Onun proqramları ilk olaraq 35 yaşından aşağı gənclər üçün nəzərdə tutulmuş və fərdi, həmçinin çoxtərəfli əməkdaşlıq yollu ilə həyata keçirilir. Böyük Britaniya Azərbaycanda, 1918-1920-ci illər 1918-ci ilin yanvar ayında ingilis ekspedisiyası Azərbaycanın neft mə’dənlərinin Birləşmiş qüvvələrin (Almaniya və Osmanlı imperiyası) təsiri altına düşməsinin qarşısını almaq məqsədilə Bağdaddan Bakıya göndərildi. "Dunsterforce" adlandırılan əməliyyata general Lioner Danstervil başçılıq edirdi. Dunsterforce Bakıya 1918-ci ilin avqust ayında çatdı və qısa müddətli gərgin döyüşlərin ardınca (əsasən "Bakı naminə döyüşlər” adlandırılır) sentyabr ayında İrana geri qayıtdı. Osmanlı imperiyası və onu tərəfdaşları arasında Mudros sülh müqaviləsindən sonra ikinci britaniya döyüş bölməsi Osmanlı qoşunlarının Türkiyəyə geri dönməsinə əmin olmaq məqsədi ilə təkrar Bakıya gəldi və1920-ci ilə qədər burda qaldı. Bu müddət ərzində Böyük Britaniya ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında mərkəzi Tiflisdə yerləşən Britaniyanın Qafqaz üzrə Ali Komissarı Oliver Uoldrop vasitəsilə de fakto diplomatik əlaqələr quruldu. Bu çətin dövrdə general Tompsonun başçılığı altında Britaniya hərbi missiyası Azərbaycanda stabilliyin əldə olunmasında mühüm rol oynamışdır. Qarşılıqlı səfərlər barədə Yüksək rütbəli dövlət rəsmilərinin qarşılıqlı səfərləri iki dövlət arasında əməkdaşlığın inkişafına təkan vermişdir Britaniya rəsmilərinin Azərbaycana səfərləri 1992 –ci ildə Britaniya Parlamentinin üzvü cənab Hon Duqlas Hoqqun Azərbaycana ilk səfərinin ardınca Xarici İşlər üzrə Dövlət Katibi, Parlamentinin üzvü cənab Malkolm Rifkind 1996 – cı ildə Bakıda səfərdə olmuşdur. Britaniya nazirləri mütəmadi olaraq Xəzər Neft və Qaz sərgisində iştirak ediblər.
2003, 2004-ci illərdə "Xəzər Neft və Qaz-2003" və "Neft-Qaz 2004” sərgilərində iştirak etmək məqsədilə Britaniya Parlamentinin üzvü, Sənaye və Energetika məsələləri üzrə Dövlət Naziri cənab Brian Vilson Azərbaycanda səfərdə olmuşdur.Əlahəzrət York Hersoqu Azərbaycanda bir neçə dəfə səfərdə olub. O, 25 may 2005-ci ildə Bakı-Tiflis-Ceyhan əsas ixrac neft kəmərinin rəsmi açılış mərasimində iştirak etmiş, 2006- cı ildə kəmərin inşasının başa çatması ilə əlaqədar keçirilən tədbirlərə qatılmış və nəhayət 2007-ci ilin sentyabrında təkrar Bakıya səfər etmişdir. Britaniya parlamentinin üzvü, Sənaye və Energetika məsələləri üzrə Dövlət Naziri Malkolm Viks 2007-ci ilin sentyabrda Azərbaycana səfər etmişdir. Avropa məsələləri üzrə Nazir Cim Mörfi isə Azərbaycanda 2008-ci ilin may ayında olmuşdur. Britaniyanın ticarət məsələləri üzrə Naziri Lord Diqbi Cons Azərbaycana ən son səfər etmiş Britaniya rəsmisidir. O, Bakıya 2008-ci ilin iyun ayında gəlmışdir. Azərbaycan rəsmilərinin Britaniyaya səfərləri 1998-ci il 19-24 iyul tarixində sabiq Prezident Heydər Əliyevin Böyük Britaniyaya rəsmi səfəri olmuşdur. Səfər çərçivəsində siyasi bəyanat imzalandıqdan sonra Prezident Britaniya Kraliçasının rəsmi qəbulunda olmuş və Dauninqstritdə Baş Nazirlə görüşmüşdür. Görüşün yekununda Baş Nazir və Heydər Əliyevin iştirakıyla ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti ) ilə BP, RAMCO və Monument Oil şirkətləri arasında üç mühüm saziş imzalanmışdır. 2004-cü ilin 13-14 dekabr tarixində Azərbaycan Prezidenti İ.Əliyev Böyük Britaniyada rəsmi səfərdə olmuşdur. O, Britaniyanın Baş naziri, Xarici Işlər və Müdafiə üzrə Dövlət Katibləri ilə görüşmüşdür. Baş Nazir və Prezident 1998-ci ildə iki ölkə arasında imzalanmış Dostluq və Əməkdaşlığa dair Birgə Bəyannaməni bir daha təsdiqləmişlər. Onlar insan haqqları, azadlıqlar və qanunun aliliyinə söykənən demokratiyanın və bazar iqtisadiyyatının hərtərəfli inkişaf etməsi üçün ikitərəfli münasibətlərin inkişafına bir daha dəstək ifadə etmişlər.Səfər zamanı Azərbaycan Prezidenti və Britaniya Baş Naziri tərəfindən ikitərəfli münasibətlərin ilkin və gələcək inkişaf perspektivləri istiqamətində Birgə Kömunike qəbul edilmişdir.
Azərbaycan Dövlət Neft Fondunun Prezidenti Samir Şərifov (2006- ci ildən maliyyə naziri vəzifəsində çalışır) 2005 – cil ilin 17 mart tarixində Londonda keçirilən mineral ehtiyatların hasilati ilə məşğul olan sənaye sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə 2-ci beynəlxalq konfransda iştirak etmişdir. Fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərov 2007- ci ilin oktyabr ayında Londona rəsmi səfər etmişdir. Mədəniyyət və turizm naziri cənab Əbülfəz Qarayevin Londona səfəri 2008-ci ilin fevral ayında baş tutmuşdur.
Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilərlər [ Qeydiyyat | Giriş ]
Sayta Giris
Axtarış
İstifadəçi Paneli
Qarabağı Unutma!!
Ana Yurdum Azərbaycanım
Xocavənd - 08.02.1992 Xocalı - 26.02.1992 Şuşa - 09.05.1992 Laçın - 17.05.1992 Kəlbəcər - 06.04.1993 Ağdərə - 17.06.1993 Ağdam - 23.07.1993 Cebrayıl - 18.08.1993 Füzuli - 23.08.1993 Qubadlı - 31.08.1993 Zəngilan - 25.10.1993