• Artıq daha yaxşı anlayıram ki, nəfəs almaq deyilmiş yaşamaq. Atəşlərdə
yanmaq kimi bir şey, səni sevərkən sənsiz olmaq. • Nədən bu qədər çətin səni sevmək və
tapmamaq. Toxunmaq istədikcə uzaqlaşmaq, düşündükcə unutmaq, səni
sevdiyim halda söyləyə bilməmək, hər bir şeyi gizlətmək, sənə sahib
olacağım yerdə səni itirmək. •
Sanmışdım yeni bir eşqə başlayıram çox yanılmışam. Bu eşqin sonu da
ayrılıq olacaq və yaşadıqlarım geridə qalacaq. Geriyə acı və gözəl
xatirələr qalsa belə, onları xatırlamaq ayrılıq qədər acı olmayacaq. • Get artıq yoxluğuna inandır məni. Yoruldum
hər tapdığım yerdə səni itirməkdən. • Səni mən deyil gözlərim seçdi, onlar sevdi
onlar bəyəndi. Sən mənim deyil onlarınsan. Gedərsənsə mənə nə onlar
ağlasın. • O gün bu günümü
bilsəydim, bu gün o günü yaşamaq istəməzdim.
• Həyatımız boyunca ayrılmayacağımızı
bir-birimizə söz verib əhd etmişdik. Amma nə oldu bir qış günü,
ulduzların baxışlarında ayrılmağımızı söylədik. • Hər son bir başlanğıcdır. • Artıq gedirəm, həyatındakı son yerimi
alaraq. Bəlkə bir daha görüşmədik. Səndən son bir arzum olacaq.
Gözlərinin güldüyü an, sevgilim dediyin zaman dilindən həyatım sözü
çıxacağı zaman xatırla məni. •
Çox sevdiyin biri gəlib ayrılmaq istədiyini söyləyərsə ağlama, çünki
susduğunu görmək daha çox acı çəkdiyinin isbatıdır. • Ayrıldıqdan sonra dost olaq dedilər. Gülün
adını dəyişdirsək başqa cür qoxuyarmı ? • Gül dedi bülbül gülə, gül gülmədi getdi.
Gül bülbülə, bülbül gülə yar olmadı getdi. • Ayrılığı sən istədin məsum gözlərlə baxma
mənə. Artıq bu qəlb kölən deyil. Yolun açıq olsun gülə-gülə. • Bir-birindən ulduzlar qədər uzaqda
yaşayanlar var ikən, sevgilim ayrı olsaq da biz səninlə iki nar dənəsi
kimi iç-içə, yan-yana, can-cana, qan-qanayıq. • Sənə məni sevmi dedim, mənim üçün ölmü
dedim. Dizlərinə qapananda qəlbimə girmi dedim. Sən istədin, sən istədin
ayrılmağı. Məni eşqə kölə edib gəncliyimdən nə istədin. • Səni tanımadan öncə yalnızlığı, səni
tanıdıqdan sonra varlığımı, səni sevdikdən sonra yaşadığımı, səni
itirdikdən sonra puç olduğumu anladım. • İstərdim bitməsin ümidlərimiz. İstərdim
bitməsin duyğularımız. Nə çıxar sel olsa göz yaşlarımız. Hər şey bitdi
artıq bil bundan sonra. •
İçimdəki qığılcım atəşlərini söndürməzdən öncə ardınca gələn acı
ayrılıqların qoxusu var idi bədənimdə. Yağan yağmurların islatdığı
küçələrdə yaşanmamış sevgilərin çığırtısı var idi içimdə və sən arxana
baxmadan çıxıb gedərkən məni bir deyil min dəfə öldürdün. Yenə sən
yaşanacaq eşqlərin, anların, sevgilərin ən böyük qatili oldun, mən isə
sənin qurbanın. • Biz
ayrıldıq amma bunu unutma. Yaşadığın şəhərdə məni sənə xatırladacaq çox
şey var. Baxdığın hər yer, gördüyün hər nöqtə və ayaq basdığın hər
torpaqda məndən izlər var. Məni unutmayacağının səbəbi də bu. Çünki bu
şəhərin hər guşəsində bizim anlarımız yaşayır. • Həyatın tək yaşanmayacağını səndə mənim
qədər yaxşı bilirsən. O zaman söylə mənə nədən bu ayrılıq. • Nə unudacaq qədər nifrət etdin nədə
xatırlayacaq qədər sevdin. Sənə mənsizliyi buraxıb səni içimdən tərk
edirəm birtanəm. • Məndən
sənə söylənməsi çətin yazılması asan olan bir sözcük əlvida! • Keçən gün köhnə bir dostumu gördüm. Səndən
söhbət etdi mənə. Nişanlanıb bundan xəbərin varmı ? dedi mənə. Doldu
gözlərim, dayana bilmədim soruşdum nişanlısı kim? "Dostum" başını əyərək
söylədi mən. • Əgər dünya
əbədi olsaydı sənə getmə qal deyərdim, amma dünya fani olduğundan sənə
sevincli anlar arzulayıram. •
Sən getdin. Sən gedəndən ölü kimiyəm. Bumu idi əhdin, bumu idi sevgin! • Onu bu qədər sevincli görüncə getmə qal
deyə bilmədim. • Ürəyimdəki
nifrəti söndürməyə yetmədi ayrılıq küləkləri. Gəl gör nə çox sevmişəm
səni. • Bir gün o heç vaz
keçə bilmədiyin qürurundan vaz keçib mənə dönmək istəsən, bunu əsla etmə
çünki səninkinin bitdiyi yerdə mənimki başlayacaqdır. • Uğrunda yanan bir qəlbi sən rədd etdin.
İndi isə onun peşindəsən amma onu çoxdan itirdin! • Olmayan səndən çoxdan vaz keçdim. Dilim
susdu ürəyimdə ahların qaldı. Aramızda ödənəcək tək bir hesab qaldı. Mən
bağışlasam səni Allaha nə deyəcəksən. Ürəyimə bir ah borcun var əlbət
bir gün ödəyəcəksən. • Bir
axşam gün batarkən ayrılığımızı sən istəmişdin. İndi isə barışaq
deyirsən. Unutma hər doğan günəş bir gün batacaq. • Səni tanıdığım gün eşqi tanıdım. Məni tərk
etdiyin gün acı nədir deyə anladım. • İndi get deyirsən, gedərəm sevgili. Amma arxamdan
ağlayacaqsan. Bilmədin bir gün olsun belə dəyərimi, getdikdən sonra
anlayacaqsan. • Bəlalım son
dəfə gəldim qarşına. Sıxıldım bu ayrılıqların əzabından. Sən də nə
söyləyəcəksənsə söylə. Bitəcəksə indi bitsin gözlətmə. Sənə söyləyəcək
tək bir sözüm yox. Diləyim budur, səndə mənim qədər sevərsən bir gün,
yalançı gözlərə vurularsa gözlərin, yarpaq kimi sovrularsa acılara
ürəyin, bəlkə bir az anlayarsan çəkdiyimi tərk edərsə səbəbsiz səni
sevdiyin. • Sənsiz keçən
zaman mənə zəhər oldu, sənin yoxluğun mənim sonum oldu. Günəş doğmaz,
günlər keçməz oldu, anladım ki, bu yaşantım sənsiz keçməz oldu. • Səni bir sevəni sən iki sev. Səni bir tərk
edəni sən beş tərk et. •
Ona söylə... Onu gerçəkdən sevmədim. Ona söylə... Onu bir daha görmək
istəmirəm. Ona söylə... Onsuz da hər şey gözəl. Ona söylə... Onu çoxdan
unutdum. Amma ona bunları göz yaşları içində söylədiyimi söyləmə! • Sən getdiyindən bəri sənsiz keçən günlər
seni heç keçirmir. • Ölmək
unudulmaq deyil , unudulmaq ölməkdir! • Yoxluğunda unudulduğunu sandığın hər
dəqiqəm səni düşünməklə keçdi. Nə qədər istəsəm də axtarmadım,
istəmədiyini düşünərək. Sanki anlamsız olan hər şey məni tapdı sənsiz.
Mənim üçün sevincin anlamı sənsən. Sənsiz sevinc sənsiz hüzrüm olmaz
inan. Dön və mənə həyat ver. Mən bitmədən məni tap. Gözəlim heç bir şey
üçün nə olursa olsun ayrılığa məcbur deyilik. Əsla unudulmadın. • Tanrım məni payızın elə bir günündə öldür
ki, sevgilim qəbrimin üstünə gətirməyə gül tapmasın. • Buruq həsrət dolu gecələri öldürəcəyəm bir
gün, bu ayrılıq mahnılarını gülləyə düzəcəyəm, səni məndən ayırdığı üçün
taleyimi məhkəməyə verəcəyəm • Bir köhnə dost kimi xatırla məni. Bir salam ver yetər. Unutmuş
olsan da köhnə günləri adımı ara-sıra çək bu an mənə yetər. • An gəlir insan gülərkən ağlarmış. Göz
yaşları sel olub qəlbinə axarmı.Qəhqəhə deyilən bir maska var bilirsən?
İnsan sevdiyindən ayrılarkən o maskanı taxarmış. • Adını qəlbimə sevgi ilə yazmışdım, fikir
vermə bir gün silərəm, gözəl bir yuxunu gerçək sanmışdım, səni sevdiyim
üçün üzr istəyirəm. • Sənə
getmə deyə bilmədim; Gözlərim gözlərində qaldı; Susuz açarmı heç çiçək;
Su səndə, çiçək məndə qaldı. •
Sən heç həsrəti daddınmı sevərkən, heç ağladınmı gülərkən, sən heç
sevdinmi sevilməzkən və heç ayrılmaq istədinmi canından çox sevərkən. • Nədir bu adsız duyğular, sevgilim otağımda
yağmur qoxusu var, qovuşmaq üçün tək bir söz belə yox, ayrılıq üçün
bütün mahnılar var. • Bir
gün sevgilim soruşdu "Sevgi" nədir deyə. Bir az zaman istədim düşünüm
deyə. Ertəsi gün gördüm onu bir başqası ilə. Qulağına pıçıldadım "sevgi"
səndən ayrılıqdır deyə. •
Sevməmişdim heç kimi səni sevdiyim qədər, çəkmədim heç kimdən səndən
çəkdiyim qədər. • Həyatda ən
acı şey "salam" deyib birləşən əllərin "Əlvida" deyərək ayrılmasıdır. • Təbiəti belə ayrılıq üzərində qurmamışmı
ki, Yaradan. Yarpaq ayrılır budağından, damcılar buludlardan. Səni
sevirəm deyərkən ayrılır sözlər dodaqlardan. • Deyirsən biz ayrılmalıyıq biz nə zaman
birləşmişdik ki. • Fikrindən
gecələr yata bilmirəm, bu fikri başımdan ata bilmirəm, nə edim ki sənə
çata bilmirəm ayrılıq ayrılıq ayrılıq. • Başqalarına özündən daha çox dəyər vermə.
Versən ya onu itirərsən ya da özünü məhv edərsən. • Məni üzür bu ayrılıq. Verdiyin acılarla
həsrəti tanıdım. Görmədim bir gün səndən yaxınlıq. Gedirsən, artıq
dönməsən də olar. • Kaş ki
tənhalığım qədər yanımda olsaydın, kaş ki tənhalığımla paylaşdığımı
səninlə paylaşsaydım, kaş ki sənin adın tənhalıq olsaydı və mən daima
tənha qalsaydım. • Həyatımda
qalanlarla gedənləri bir-birinə qatdım. Qalanlar bir gün olsa belə
yerini verə bilmədilər. Qalanlarımla gedənləri qatdım yenə tək bir səni
əvəz edə bilmədilər. Çox çətin gəldi ayrılıq amma yenə ayrılığa dözə
bilmədim. • Gedərsənsə kim
sular bağçaları, quşlar hara sığınar axşam olunca. Gedərsən qar yağar
ovuclarıma, gedərsən quşlar ölər məndə. • Gedişinlə məni boş bir sədaya buraxdın.
İndidən sayıram sənsizlik günlərimi və gələcəyin gününü səbirsizliklə
gözləyirəm. O günün sevgisi ilə yaşadıram parçacıq qəlbimi. • Sanma bir gün bezib buraxaram, ölsəm belə
sözümdən dönmərəm, araya bitməyən həsrət, girsə də, ayrılıq acısı candan
etsə də, səndən başqasını sevməyəcəm. • Getmə gülüm gərəyim var, axı mənim də
ürəyim var. • Gedənlər
yoxluqları ilə deyil, gedərkən söyləmədikləri sözlər ucbatından hüzn
verirlər. • Həyat gözəldir
acıları olsa da, güllər gözəldir tikanları olsa da, sevgidə gözəldir
sevib daha sonra ayrılıq olmasa. • Əgər məni sevsəydin yanımda olardın uzaqlarda deyil, əgər
gerçəkdən sevsəydin yalnız buraxıb getməzdin, yanımda olardın UZAqLARDA
DEyiL. • Gedirəm deyirsən
yaxşı niyə ağlayırsan? Getmək asandır gözəlim, qalıb sevmək çətin. Biz
bu sevginin üzərində and içdik. Biz bir-birimizi bağışlasaqda, gözəlim
Allah bağışlayacaqmı bizi? •
Qorxduğum sevmək deyil, sevib ayrılmaqdır. Qorxum ölmək deyil, sənin
tərəfindən unudulmaqdır. •
Sən məni anlamadın amma sənin mənə nə anlatmaq istədiyini mən anladım. • Əlvida deyərkən geriyə dönməyəcəksənmi bu
haqda düşün. • Bu gün sənin
üçün başqasını tərk edən sabah başqası üçün səni tərk edər. • Getdin. İndi bir mövsüm gəldi bir həyat
girdi aramıza, artıq nə sən dönə bilərsən geriyə nə də mən sənə qapı aça
bilərəm. • Get birdə adın
çəkilməsin, get bir daha gözlərim dolmasın, get sevgilim deyə biri
olmasın, get göz yaşlarım tək mənə qalsın. • Sevgi adlı dünyamın tək gözəli sənsən. Mən
səni sənə qovuşmaq üçün sevdim, sevib ayrılmaq üçün deyil. • Yalnızlığıma çarədir sevgin. Səni hər
şeydən çox sevdim. Xəyallarımı səninlə birgə bəslədim yenə də buraxıb
getdin. Sevgi dolu qəlbimi viran etdin. • Qəlbimə hüzn söyləmədim. Getdiyini
öyrənərsə onun da acı çəkməsindən qorxuram. Səni hələdə mənimlə bilir və
sevir amma mən ilk dəfə qəlbimə yalan söyləyirəm. Getdin. • Mənim hisslərimlə oynadın. Məni necə tərk
etdin. Bu eşq deyildi, saxta sevgi idi. Bir gün mənə dönüncə məni
başqası ilə görüncə ağlama.
Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilərlər [ Qeydiyyat | Giriş ]
Sayta Giris
Axtarış
İstifadəçi Paneli
Qarabağı Unutma!!
Ana Yurdum Azərbaycanım
Xocavənd - 08.02.1992 Xocalı - 26.02.1992 Şuşa - 09.05.1992 Laçın - 17.05.1992 Kəlbəcər - 06.04.1993 Ağdərə - 17.06.1993 Ağdam - 23.07.1993 Cebrayıl - 18.08.1993 Füzuli - 23.08.1993 Qubadlı - 31.08.1993 Zəngilan - 25.10.1993