Xalq artisti Aygün Kazımovanın sevə-sevə oxuduğu "Ad günü” mahnısını
dinləyicilər artıq Ayaz Qasımovun da ifasında eşidir. ANS PRESS-in
məlumatına görə, mahnını gənc müğənninin ifa etməsini mahnının
müəllifi- bəstəkar Aygün Səmədzadə özü istəyib.
"Aygün
Kazımovanın mənim müəllif konsertimdə iştirak etməməsi xoşuma gəlmədi və
"Ad günü” mahnısını Ayaz Qasımova verməklə onu cəzalandırdım", deyə
bəstəkar A. Səmədzadə ANS PRESS-ə açıqlamasında bildirib.
Bəstəkar, Aygün Kazımovaya mahnını ifa etməyə qadağa qoyduğu barədə
gəzən şayiələri də təkzib edib: "Aygün Kazımovaya qadağa qoymamışam.
İstəyirsə oxusun, özü bilər. Düzdür, Aygün Kazımova mahnını pis ifa
etməmişdi. Amma mənə görə mahnı Ayazın ifasında daha gözəl səslənir”.
Aygün Səmədzadə müğənninin tanınmış və ya gənc olmasının onun üçün
rol oynamadığını deyib: "Əslində mənim adım, mənim bəstəmi ifa etmək
həmin müğənniyə şöhrət gətirə bilər. Bu baxımdan da mahnılarımı özüm
istədiyim sənətçiyə verirəm. Mənə görə mahnının gözəl ifa olunması
əsasdır”.
Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilərlər [ Qeydiyyat | Giriş ]
Sayta Giris
Axtarış
İstifadəçi Paneli
Qarabağı Unutma!!
Ana Yurdum Azərbaycanım
Xocavənd - 08.02.1992 Xocalı - 26.02.1992 Şuşa - 09.05.1992 Laçın - 17.05.1992 Kəlbəcər - 06.04.1993 Ağdərə - 17.06.1993 Ağdam - 23.07.1993 Cebrayıl - 18.08.1993 Füzuli - 23.08.1993 Qubadlı - 31.08.1993 Zəngilan - 25.10.1993