İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori
Müəllimlər Seminariyasını bitirmiş, İrəvan quberniyasının Uluxanlı,
Naxçıvan mahalının Baş Noraşen
(indiki Şərur rayonunda Cəlilkənd), Nehrəm
kəndlərində müəllimlik etmişdir (1887-1897).
Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin
material vermişdir. 1889-cu ildə yazdığı "Çay dəstgahı" alleqorik mənzum
dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, "Kişmiş
oyunu" komediyasını və "Danabaş kəndinin əhvalatları" (1894; 1936 ildə nəşr
olunmuşdur) povestini də bu dövrdə yazmışdır.
1903-cü
ildən Tbilisidə
nəşr edilən "Şərqi-Rus"
qəzeti redaksiyasında işləmişdir. C.Məmmədquluzadənin yazıçı və
jurnalist kimi püxtələşməsində "Şərqi-Rus"
qəzeti və onun redaktoru M.A.Şahtaxtlının mühüm rolu olmuşdur. "Poçt
qutusu" adlı ilk mətbu əsəri, "Kişmiş oyunu", L.N.Tolstoydan
tərcümə etdiyi "Zəhmət, ölüm və naxoşluq" hekayələri ilk dəfə bu
qəzetdə dərc edilmişdir.
İlk nömrəsi 1906-cı
il aprelin
7-də (20-də) çıxan "Molla Nəsrəddin"
jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də
türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu.
Həmin vaxtdan o Molla Nəsrəddin adı ilə tanındı. Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və
jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı.
C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları
jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı.
Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, "Qeyrət"
mətbəəsində axtarışlar aparır, bəzən də "Molla Nəsrəddin"in nəşrini
dayandırırdı.
Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki heykəli
1920-ci
ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə
köçmüş, 1921-ci
ildə orada "Molla Nəsrəddin"in
8 nömrəsini çap etmişdır.
C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir.
Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə
(o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar
Respublika Dövlət Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı
verilmişdir. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə
onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen
kəndi isə CəlilkəndNaxçıvanda və Cəlilabadda
heykəli qoyulmuşdur. Bakıda və NaxçıvandaNehrəm
və Cəlilkənd
kəndlərində xatirə muzeyləri açılmışdır. Anadan olmasının 100 və 125
illik yubileyləri geniş qeyd olunmuşdur.
adlandırılmışdır. ev-muzeyləri,
Son illərdə akademik İ.Həbibbəyli ədibin müxtəlif ölkələrdə (Fransa, Polşa
və İranda)
yaşayan nəvə-nəticələri ilə əlaqə yaratmışdır.
Mənbələr
Naxçıvanın görkəmli şəxsiyyətləri - Cəlil Məmmədquluzadə
Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilərlər [ Qeydiyyat | Giriş ]
Sayta Giris
Axtarış
İstifadəçi Paneli
Qarabağı Unutma!!
Ana Yurdum Azərbaycanım
Xocavənd - 08.02.1992 Xocalı - 26.02.1992 Şuşa - 09.05.1992 Laçın - 17.05.1992 Kəlbəcər - 06.04.1993 Ağdərə - 17.06.1993 Ağdam - 23.07.1993 Cebrayıl - 18.08.1993 Füzuli - 23.08.1993 Qubadlı - 31.08.1993 Zəngilan - 25.10.1993