B, 29.12.2024,
Bizi Nece Tapmısınız Qonaq | RSS
.......ANA....
........YURDUM...........
.......AZƏRBAYCAN.......

Bölmələr
Xəbərlər
Islam
Proqramlar
Mobil dünya
Oyunlar
Tema
Web Usta
Torrent
Dini
Azəri
RaP
Türk
Xarici
Sevgi
Maraqlı
Tanınmışlar
Lətifələr
Şəkillər
Video
İdman
Texnologiya
Sayt Xəbərləri

Zaycev.Fm

Reklam

Dost Saytlar
  • Farmakoloq.Tk
  • Islamqadini
  • Baykot İsrail
  • Dini Saytımız

  • UnitedAz Yükləmələri



    Oyun

    height=
    Əsas Səhifə » Fayl » Tanınmışlar

    Məmməd Araz
    11.05.2010, 19:06

    Həyatı

    Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nurs kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra «Ulduz» jurnalının məsul katibi, «Ədəbiyyat və incəsənət» qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur.

    1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına «Məmməd Araz» mükafatı təsis olunmuşdur (1993-cü ildən).

    2004-ci ilin dekabrında Bakıda vəfat edib və fəxri xiyabanda dəfn olunub
    Publisist İradə Tuncayın atasıdır.
    Yazıçı-jurnalist Aqil Abbasın qaynatasıdır.
    [redaktə / تحریر]
    Əsərləri
    Sevgi nəğməsi. Bakı: Azərnəşr, 1959, 68 səh.
    Üç oğul atası. Bakı: Uşaqgəncnəşr, 1961, 63 səh.
    Araz axır. Bakı: Azərnəşr, 1964, 76 səh.
    Mən səni taparam. Bakı: Azərnəşr, 1963, 59 səh.
    Anamdan yadigar nəğmələr. Bakı: Azərnəşr, 1966, 152 səh.
    Ömür karvanı. Bakı: Azərnəşr, 1967, 136 səh.
    İllərdən bəri. Bakı: Gənclik, 1969, 114 səh.
    Qanadlı qayalar. Bakı: Azərnəşr, 1973, 190 səh.
    Atamın kitabı. Bakı: Gənclik, 1974, 168 səh.
    Həyatın və sözün rəngləri. Bakı: Gənclik, 1975, 135 səh.
    Oxucuya məktub. Bakı: Gənclik, 1978, 234 səh.
    Aylarım, illərim. Bakı: Yazıçı, 1979, 224 səh.
    Dünya sənin, dünya mənim. Bakı: Yazıçı, 1983, 310 səh.
    Seçilmiş əsərləri (bircildlik). Bakı: Azərnəşr, 1986,
    Dünya düzəlmir. Bakı: «Azərbaycan» nəşriyyatı, 1992, 81 səh.
    Daş harayı. Bakı: Yazıçı, 1993, 254 səh.
    Qayalara yazılan səs. Bakı: Azərnəşr, 1994,
    Yol ayrıcında söhbət. Bakı: «Azərbaycan» nəşriyyatı, 1997, 318 səh.
    Sənətdə son mənzil olmur. Bakı: «Adiloğlu» nəşriyyatı, 2001, 440 səh.
    Ağlayan qayalar. Bakı: «Araz» nəşriyyatı, 2002, 144 səh.
    Vətən deyin. Bakı: «Adiloğlu» nəşriyyatı, 2003, 149 səh.
    Əsgər andı. Bakı: «Araz» nəşriyyatı, 2003, 98 səh.
    Seçilmiş əsərləri (dörd cilddə). I c. Bakı: «Ozan» nəşriyyatı, 2003, 337 səh.
    Seçilmiş əsərləri (dörd cilddə). II c. Bakı: «Ozan nəşriyyatı, 2003, 360 səh.
    Seçilmiş əsərləri (dörd cilddə), III c. Bakı: «Ozan» nəşriyyatı, 2003, 376 səh.
    Seçilmiş əsərləri (dörd cilddə), IV c. Bakı: «Ozan» nəşriyyatı, 2003, 365 səh.
    [redaktə / تحریر]
    Tərcümələri

    (ruscadan)
    S.V.Mixalkov. Foma. Bakı: Azərnəşr, 1964, 16 səh.
    G.Ağacanyan. Narahat ürək. Bakı: Gənclik, 1974, 83 səh.
    M.Svetlov. Şeirlər. Bakı: Azərnəşr, 1975, 204 səh.
    N.A.Nekrasov. Rus qadınları. Bakı: Yazıçı, 1983, 124 səh.
    Ocaq başında (dünya şairlərinin şeirləri). Bakı: Yazıçı, 1988, 241 səh.
    [redaktə / تحریر]
    Yaradıcılığı

    SÖZ AÇIQ OLANDA

    Dur aç pəncərəni açıq havaya,
    Qorxma görünməyə,
    Görməyə qorxma.
    Dur, ey yoldaş insan, dur çıx havaya;
    Dur, təzə gözlə bax köhnəyə qorxma!

    Nə qədər söz udaq, dil sancaqlayaq,
    Göyərdi pıçıltı qapı dalında.
    Bizi anlayanı biz də anlayaq,
    Səsimiz qovruldu qapı dalında.

    Burda iddiamız başdan yuxarı,
    Qapılar dalında pələngik, şirik,
    Burda başımızı yaddan çıxarıb,
    Özgənin başıyla fikirləşirik.

    Söz açıq olanda - göz açıq olur,
    Göz açıq olanda "beş", "əlli" deyil.
    Söz açıq olanda düz-düzə quldu,
    Şapalaq zərbəsi,
    Təsəlli deyil.

    Dartmalar, didmələr, fəndlər, bölgülər
    Oxunu gizlədən yay ola bilmir.
    Biclik tələsindən qaçan tülkülər,
    Düzlük tələsindən yayına bilmir.

    Qoşa buynuzunu gizlətmə başda,
    Qarnını deşəcək - içinə çəksən.
    Özünə görünsən sən açıq aşkar
    Elə özgəyə də görünəcəksən.

    Sirr açar, dürr açar açarımız da,
    Od donsa, buz yansa - inam ələnməz;
    Söz açıq olanda içərimizdə
    "Yalanlar, filanlar" qafiyələnməz.

    Boş vədə fil olsa - dizi qatlanar,
    Tarixin "düzü-düz", varağı ağdır;
    Açmağa düyünlü həqiqətləri
    Duyumlu barmaqlar tapılacaqdır.

    Ədalət qamçısı qəzəb soyudur,
    Qırımlar, qurumlar itirməz onu.
    "Açıq söz" dediyin qızıl suyudur,
    Pas atan ağıllar götürməz onu.

    Ötəri hay-küydən qulağım batar,
    Yalançı köçəri,
    Yalan köçəri.
    Açdım ürəyimi, açdım taybatay,
    Xoş gördük doğru söz,
    Buyur içərii...


    DOST

    Hər çətin anımda kəsin yanımı,
    Axın ürəyimə gülüşlə, sözlə,
    Mən oz varlığımı, öz ünvanımı
    Tapıram hər yeni gəlişinizlə.

    Bəzən hamarda da büdrəyir adam,
    Oxuyun üzümə nə günahım var.
    İttiham etsəniz günah sanaram,
    Güzəştə getsəniz, ittiham olar.

    Gözümdə, könlümdə bir qönçə kimi
    Hərəniz bir duyğu bəxş edər mənə.
    Ömrüm çox dolaşıq düyünçə kimi
    Həmişə möhtacdır dost əllərinə.

    Bölmə: Tanınmışlar | Yükləyib: Intzarinla
    Baxış Sayı: 1292 | Yüklənib: 0 | Şərh Sayı: 2 | Reytinq: 0.0/0
    Bütün şərhlər: 0
    Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilərlər
    [ Qeydiyyat | Giriş ]
    Sayta Giris

    Axtarış

    İstifadəçi Paneli


    Qarabağı Unutma!!

    Ana Yurdum
    Azərbaycanım

    Xocavənd - 08.02.1992
    Xocalı - 26.02.1992
    Şuşa - 09.05.1992
    Laçın - 17.05.1992
    Kəlbəcər - 06.04.1993
    Ağdərə - 17.06.1993
    Ağdam - 23.07.1993
    Cebrayıl - 18.08.1993
    Füzuli - 23.08.1993
    Qubadlı - 31.08.1993
    Zəngilan - 25.10.1993

    Teqlər

    Bizim Sorğu
    Saytımızda Ən Çox Nəyə Üstünlük Verirsiniz
    Bütün Səslər : 88

    Sayğaclar


    Ümumi onlayn: 1
    Qonaq: 1
    Istifadəçilər: 0







    iNet Rating - рейтинг интернет ресурсов Азербайджана

    Sizin Ip Adres

     3.129.70.138

    Əməliyyat Sistemi


    td style=

    By Ilkin Aliyev© 2024