Aktrisanın həyat yoldaşı, 45 yaşlı britaniyalı rejissor kadr arxasında qalmağa alışıb və Milanı nə onun işinə, nə də ki dostlarına qısqanır.
"Bizim mükəmməl ailəmizin sirri, yoldaşımın heç vaxt mənimlə yarışmamasıdır. Pol kimi kişiyə çox nadir hallarda rast gəlmək olar. O, qeyri-adi, mədəni və yumşaq xasiyyətlidir. Bir çox kişilər qadınlarını hər kəsə və hər şeyə qısqanırlar. Onları alçaldırlar ki, öz karyeralarını qursunlar. Mənim yoldaşım isə tam fərqlidir. Və belə bir şey heç vaxt onda müşahidə etməmişəm. Yəqin bu xoşbəxt ailənin əsas sirridir”, - deyə Mila Yovoviç bildirib. Xatırladaq ki, Mila Kiyevdə doğulub, daha sonra Los-Ancelesə köçüb. Onun anası – rusiyalı aktrisa Qalina Loqinovadır. Anası yada salır: "Pol bir filmə başlamazdan öncə ssenarinin ilk 20 səhifəsin bizə oxuyur. Sonra dərhal soruşur, necədi? Mən onun həyatda necə gözəl, nəvazişli insan olduğunu bilirəm, amma yazdıqlarında həmişə bunun əksi olur. Hətta bir neçə dəfə qızım ona zarafatla deyib, Pol, nə yaxşı ki, biz sənin ssenarilərində yaşamırıq”. Hal-hazırda xoşbəxt ailənin 3 yaşlı qızı var. Paparasilərdən təngə gələrək, anası ona kameralarla rəftarı da öyrədib. Artıq balaca xanım qarşısında fotoapparat görəndə deyir: "Əla! Kamera! Özünü gözlə! İndi sındıracam!”
|