
Hələ mahnı müsabiqəsindən öncə həm xanım, həm də kişi təmsilçiləri arasında internet vasitəsilə gözəllik müsabiqəsi elan olunub. Bu günlərdə isə "Eurovision-2010” mahnı müsabiqəsinin ən gözəli və yaraşıqlısı internet müsabiqəsinin nəticələri açıqlanıb. Azərbaycan təmsilçisi Səfurə Əlizadə bir çox xanım təmsilçiləri geridə qoyaraq səsvermədə ikinci yeri tutub. "Eurovision-2010” müsabiqəsində ən gözəl xanım təmsilçisi adına 31,35% səslə Rumıniya təmsilçisi Paula Seling layiq görülüb. Azərbaycan təmsilçisi Səfurə Əlizadə 22,56% səs toplayıb. Ermənistan təmsilçisi Eva Rivas 13,86% səslə üçüncü, Xorvatiya təmsilçisi Nika Antolos 6,53% səslə dördüncü, ”Eurovision-2010” mahnı müsabiqəsinin qalibi olan Almaniya təmsilçisi Lena Meyer-Landrut 5.97% səslə beşinci, Ukrayna təmsilçisi Alyoşa 4,29% səslə altıncı, Gürcüstan təmsilçisi Sofia Nijaradze 2,98% səslə yeddinci, Portuqaliya təmsilçisi Filipa Azevedo 1,89% səslə səkkizinci, Moldova təmsilçisi Olia Tira 1,87% səslə doqquzuncu, İsveç təmsilçisi Anna Bergendahl isə 1,8% səslə onuncu olub. Digər xanım təmsilçiləri ilə onluqdan sonrakı siyahını paylaşıblar.
Kişi müğənnilər arasında "Eurovision-2010” müsabiqəsinin ən yaraşıqlısı adını Türkiyə təmsilçisi, "MaNga” qrupunun vokalçısı Fərman Akgül qazanıb. O, 37,54% səslə digər kişi təmsilçilərini geridə qoyub. Kişilər arasında II yeri 23,09% səs toplayan İsrail təmsilçisi Harel Skaat tutub. Polşa təmsilçisi Marcin 8,79% səslə üçüncü olub.
|