Bəşər həm azadlıq haqqında nəzərlərdə, həm insan haqları nəzərlərində iki yerə bölünür. Bir qrup bunlardır ki, realist yanaşırlar, həqiqətə uyğun yanaşırlar və digər qrup onlardır ki, azadlığı və insan hüquqlarını təhrif edirlər.
Əgər söhbət insan azadlığından gedirsə, sössüz ki, insanın hansısa heyvani hərəkətinə azadlıq deyilə bilməz. O olar - heyvani azadlıq. Kainatda çoxlu məxluqatlar var.
Hər birinin özünəməxsus azadlığı var, özünə məxsus seçim qabiliyyəti var. Balığın, quşun və digər digər məxluqatların özünəməxsus valıq tutumu var.
Müvafiq olaraq, insanın da özünəməxsus seçimləri var. Amma amöbdən, itdən, pişikdən, quşdan fərqli olaraq, insana bir şüur verilib və ona deyilib ki, sən azadsan. Sən öz seçimində azadsan. Və insana o da öyrədilib, ona o da çatdırılıb ki, onun seçimlərinin arasında ona layiq olan, insani müstəviyə aid olan məsələlər də var, ona layiq olmayan, insanlıq müstəvisində olmayan məsələlər də var.
Sən azadsan seçimində. Edə bilərsən ki, insan olasan və edə bilərsən - insanlıq hüdudlarından kənara çıxasan.
Həqiqətən mən ,şər yaratmaq ,fitnə-fəsad törətmək, zülm və riyakarlıq üçün deyil , cəddimin (s) ümmətini islah etmək ,əmr be məruf və nəhz əz münkər etmək üçün qiyam etdim
Hz İmam Hüseyn əleyhissalam
|