Dünya və onda nə varsa, qiymətlidir. Lakin dünyada ən qiymətli şey mömin qadındır.
Qadınların ən yaxşısı: nəcib, mömin, uşaqlarına mehriban, ərinin malına və sərvətinə ürək yandırandır.
Gündə beş dəfə namaz qılan, ramazan ayında oruc tutan, namuslu və
ərinin sözündən çıxmayan qadına deyin ki, Behiştə istədiyi qapıdan girə
bilər.
Bir çox qadınlar ailəmin yanına toplaşır, ərlərindən şikayət edirlər.
Arvadları ilə xoşrəftar etməyən və arvadını düz yoldan yayındıran
kişilər mənim ümmətimdən deyil.
Yezidin qızı Əsma dedi: ─ Həzrəti-Məhəmməd (s) üçün yemək gətirildi, həzrət bütün xörəkləri bir qadınların süfrəsinə qoyub buyurdu: ─ Yeyin!
Ac olmağımıza baxmayaraq dedik: ─ Yeməyə meylimiz yoxdur.
Peyğəmbər (s) buyurdu: ─ Ey qadınlar, aclığı yalana qatmayın.
Qadınlara yaxşılıq ─ insanı cəhənnəm odundan qoruyun pərdə kimidir.
Üç qızı və ya üç bacısı olan, ərsəyə çatana qədər onlarla mehriban olan şəxsin payını Allah Behiştdə verəcəkdir.
Qızı olub, onu diri-diri basdırmayan, ona əziyyət verməyən və yaxud
oğlanlarını qızından üstün tutmayan şəxsi Allah Behiştə aparacaqdır.
Alicənab olmaq istəyirsinizmi? ─ Onda əri boşadığı zaman sizə pənah gətirən qızınızla xoş rəftar edin.
İffət (namus) qadının zinətidir.
Qadınlarla mehriban dolananlardan Allahın xoşu gəlir. Çünki onlar sizin ananızdır, qızınızdır, bacınızdır və ya xalanızdır.
Həcc ─ zəiflərin cihadıdır. Qadının cəhadı isə onun yaxşı ər saxlamasıdır.
Qadının hüququ müqəddəsdir. Ona görə də onların haqlı hüququnu özlərinə tapşırın.
Qadınlarınızın məscidə getməsinə və namaz qılmasına mane olmayın.
Qadının imkanı olduqda öz otağında namaz qılması eyvanda namaz
qılmasından yaxşıdır. Eyvanda namaz qılması həyətdə namaz qılmasından
yaxşıdır. Həyətdə namaz qılması isə məsciddə namaz qılmasından yaxşıdır.
Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilərlər [ Qeydiyyat | Giriş ]
Sayta Giris
Axtarış
İstifadəçi Paneli
Qarabağı Unutma!!
Ana Yurdum Azərbaycanım
Xocavənd - 08.02.1992 Xocalı - 26.02.1992 Şuşa - 09.05.1992 Laçın - 17.05.1992 Kəlbəcər - 06.04.1993 Ağdərə - 17.06.1993 Ağdam - 23.07.1993 Cebrayıl - 18.08.1993 Füzuli - 23.08.1993 Qubadlı - 31.08.1993 Zəngilan - 25.10.1993